Yadigar olaraq köçürün.    
Sevgiyә
ehtiyacım var
Rinq isә uduza bilәrdi
K onsertdә publika sizi әmәlli-başlı yormuşdu; “restavrasiya” prosesi necә, uzun çәkdi? Yә’ni özünüzә gәlә bilmisiniz?
Yorğunluq konsertәqәdәrki mәhәlәdәydi. Ssenari әvvәlcәdәk hazırlansa da, mahnılarımın ardıcıllığını son iki gündә tәrtib etmişdim. O proses yaman gәrgin keçdi. Bir dә geyim mәsәlәsi bir balaca “sıxırdı” mәni. Kostyumları yamanca gecikdirmişdilәr.

Sәhnә geyimlәrini haradan alırsınız ki?
“Andrey” kişi geyimi mağazası var, onlarla işlәyirik. Amma bu, xeyli uzun prosesdir. Әvvәl burada eskiz cızılır, göndәrilir baş ofisa, orada stilistlәr, modelyerlәr şlәyir, sonra gedir fabrikә. Bakıya hazır mәhsul formasında gәlib çıxır.

Yә’ni tәk bir nüsxәdә tikilәn modellәrdirr?
Hamısı.

Konsertiniz dә yәqin elә buna görә çox pul aparır. Ümumiyyәtlә, bizdә konsert biznesi necәdir; rentabellidir, ya yox?
Sponsor olsa, rentabellidir; sponsorsuz heç konsertdәn danışmağa dәymәz. Hәm dә qәribәdir ki, elә bir il-ildәn baha gәlir. Zövqlәr dә dәyişir axı.

Sponsorsuz konsert – mümkün deyil; sponsorsuz klip – o da elә; belә çıxmır ki, ulduzun elә nәfәs alması üçün dә grәk sposnosr olsun, maliyyә dәstәyi versin. Bәs öz qazancınız? Gәlirlәriniz nә qәdәrdir ki?
Hәr halda






Tәrcümeyi-hal
Yalnızfaktlar
SOYAD: Ağayev

AD: Faiq

ATASININ ADI: Balağa oqlı

TӘVӘLLÜD: 29 dekabr 1971-ci il.

TӘHSİL:
1988 - 1992 - Azәrbaycan Dövlәt Mәdәniyyәt vә İncәsәnәt Universiteti - Musiqili teatr aktyoru.

İŞ TӘCRÜBӘSİ:
1996 - cı ildәn bu günә kimi Azәrbaycan Dövlәt Tele-Radio Verilişlәri Şirkәtinin solisti.

DİSKOQRAFİYA:
1995 - ci il - "Ola bilmәz",

1996 - cı il - "Sәni әvәz elәmir",

1998 - ci il - "Vefasizim",

1999 - cü il - "Faiq Ağayev - Seçmәlәr",

2000 - ci il - "Minilliyin sonu… ".

YARADICILIQ FӘALİYYӘTİ:
Faiq Ağayev aşaqdakı müsabiqәlәrin qalibidir:
"Baki Payizi'88" Respublika müsabiqәsi, "Qizil Payiz'89" Respublika müsabiqәsi, Beynәlxalq "Vitebsk'90" müsabiqәsi, Beynәlxalq "Yalta'92" Televiziya müsabiqәsi,

Klavdiya Şuljenko adına "Xarkov'95" Beynәlxalq Retro mahnılar müsabiqәsi,

"Qızıl Şlyager" - Mogilyov'96 Beynәlxalq müsabiqәsi.

1998 -ci il - "İlin Konserti" nominasiyasında "Humay" Milli Mükafatı.

1999 -cu il - "İlin Klipi" nominasiyasında "Humay" Milli Mükafatı.

1999 -cu il - "İlin Müğәnnisi" nominasiyasında "Grand" Milli Mükafatı.

28 oktyabr 2000-ci il - Azәrbaycan Respublikasının Prezidentinin Fәrmanı ilә Faiq Ağayev Respublikanın "Әmәkdar Artist"i fәxri adı ilә tәltif olunub.

2000 - ci il - "İlin Müğәnnisi" nominasiyasında "Qizil Mikrofon" Milli Mükafatı. 2001 - ci il - "İlin Müğәnnisi", "İlin albomu" ("Minilliyin sonu...") vә "İlin Konserti" ("Әsrin vә minilliyin son konserti") nominasiyalarında "Grand" Milli Mükafatı.

Yaradıcılıq fәaliyyәti әrzindә 60-dan çox solo konsertlәr keçirib.

Burada Faiq Ağayevin Beynәlxalq vә Respublika müsabiqәlәrinin diplomları tәqdim olunub.

Daha çox mәlumat әldә etmәk üçün pressarxiv bölümünә müraciәt edin.