 |
Sevgiyә ehtiyacım var
İddiaçı
T
әrәfsiniz, yoxsa cavabdeh?
Hәm iddiaçı, hәm dә cavabdeh.
Elә isә proseslәrә niyә getmirsiniz?
Kim deyir ki, getmirәm?! Qәribә bir situasiyaya düşmüşәm. Mәn mәhkәmәyә gedirәm, qarşı tәrәf gәlmir, qәzetlәr, radio bar-bar bağırır ki, bәs Faiq mәhkәmәdәn boyun qaçırır. Mәn olam, boyun qaçıram, gizlәnәm?! Әstәğfürullah! Belә deyil axı. Heç o konfliktin dә sәbәbkarı mәn deyilәm. Orada zәrbә mәnә vurulub; mәn tәhqir olunmuşam.
Faiq, Sizә elә gәlmirmi ki, iki adlı-sanlı sәnәtçinin çәkişmәk yox, bәrkişmәk mәqamı artıq yetişib? Mәni bir mәsәlә dә maraqlandırır – yә’ni sәhnә dostlarınız arasında heç barışdırıcı missiya ilә çıxış etmәk niyyәtinә düşәn olmayıbmı?
Әgәr günah mәndә olsaydı, dostlarım çoxdan mәnim qarşımı kәsәrdi; tәşәbbüskar mәn deyilәm axı. Sәnәt alәmindә mәnim lәqәbim bilirsiniz nәdi? Diplomat! Deyirlәr, münasibәtlәri korlamaq üçün bütün sәrt mәqamlardan asanlıqla ötüb keçmәyi yaxşı bacarıram. Brilyantın isә başqa sәnәtçilәrlә münasibәtlәri o hәddәdir ki, mәncә, heç ona söz demәk istәyәn dә olmaz. Demәk olar ki, bütün hәmkarlarıyla müxtәlif konfliktlәri olub. Kim qalıb ki? Mәnimsә konfliktlә aram yoxdur; sadәcә, şәxsiyәtim alçaldılanda özümü müdafiә etmәyi bacarıram.
Bәs hüqüqlarımı. Bә’zәn şәrait elә olur ki, haqlı olduğunu übüt edә bilmirsәn.
Olub belә şey?
Olub. “Bakı-Raks” şirkәtiylә sonuncu kasetimi hazırlayandın bircә hәftә sonra satışa
|
|
|
 |
 |
 |
|
Canlıyayım
|
2000-ci ilin 1 iyul tarixindәn Faiq Ağayev yeni bir ampluada fәaliyyәtә başladı - DJ, radio aparıcısı kimi. Hәr şәnbә vә bazar saat 16.00-dan 18.00-dәk 106 FM radiosunun canlı yayımında efirdә Faiq Ağayevin "Ola Bilmәz" adlı müәllif verlişi sәslәnir.
Bu bölümdә, Siz, cari mövzunu müzakirә etmәk vә musiqi istәklәrinizi bildirmәklә yanaşı, gәlәcәk verlişlәrin mövzularını da tәklif etmәk imkanını әldә edә bilәrsiniz.
|
|
|
Xatırladırıq ki,
"Ola bilmәz" verlişi hәr şәnbә vә bazar saat 16.00-dan 18.00-dәk 106 FM radiosunun canlı yayımındadır.
|
|
|