|
|
||
|
|
Mәnimki gәtirir… | |
|
MӘDӘNİYYӘT 2 iyul 1992-ci il << back Faiq, bu günlәrdә “Yalta-92” gәnc estrada mahnıları ifaçıları festivalının final görüşündәn qayıtmısınız. Müsabiqә vә onun şәrtlәri barәsindә nә deyә bilәrsiniz? Düzü, hәmin festivalda iştirak etmәyim tәsadufi oldu. İrina Panarovskayanın, Vladimir Presnyakovun, Soso Pavlişaşvillinin münsiflik elәdiyi bu festivalın 240 iştirakçısından 34 nәfәri yarımfinala vәsiqә aldı. Bunların sırasında mәn dә varam. İyul ayının 18-dә “Yubileynı” konsert salonunda mәn dә daxil olmaqla 20 nәfәr finalçını Kremlin orkestri müşayiәt edәcәkdir. Bu sonuncu tur olacaqdır. Orada hansı mahnıları ifa edәcәksiniz? Yarımfinal görüşdә “Sәylә” vә “Kovboy” mahnılarını ifa edәcәyәm. O mahnıların musiqisi vә sözlәri eyni müәlliflәrin – İlham Abdullayevin vә Sadıq Әhmәdovundur. Sonuncu turda hansı mahnıları ifa edәcәyimi isә hәlә müәyyәnlәşdirmişәm. Respublikaya yenә dә laureat kimi qayıdacağınıza әminsinizmi? Bilirsiz, bu festivalda iştirakım tәsadüfidir. Mәnimki isә hәmişә gәtirir. “Vitebsk-90” festivalında mahnıları hansı dildә ifa etdiniz? Polyak dilindә. Lakin mәn musiqidә dil ayrılığı görmürәm. Әn başlıcası musiqini duymaqdır. Tamaşaçı musiqini duyursa, demәli, mәtni dә qavrayır. Fransız dili tәmayüllü mәktәbi bitirmisiniz. Yәqin ki, sizdә xarici dillәrә olan maraq ordan başlayıb? Әlbәttә, ancaq mәktәbdә әn çox sevdiyim fәnn kimya idi. Uşaqlıqdan cәrah olmaq arzusu ilә yaşayırdım. Orta mәktәbi bitirdikdәn sonra sәnәdlәrimi tibb institutuna verdim vә qәbul olundum. Elә hәmin ili sәnәdlәrimi geri götürdüm. İncәsәnәt institututunun aktyor sәnәti fakultәsinә qәbul olundum. İndi dördüncü kursda oxuyuram. Ailәniz böyük deyil ki? Valideynlәrim vә iki qardaşım var. Mәn evin sonbeşiyiyәm. Artıq әmi “rütbәsinә” qalxmışam. Gәlәcәk hәyat yoldaşınız sizdәn xarici ölkәdә yaşamağı xahim etsә haranı seçәrdiniz? Әvvәl doğma torpaqda qalmağmızı bildirәrdim. İkincisi dә ki, Amerikanı seçerdim. Nә üçün Amerikanı? Orada vәtәndaşların seçmәk vә seçilmәk hüquqları tamam azaddır. Bәlkә deyilәsi sözünüz var? Mәnә bu festivalda sponsorluq elәyәn “İntergeo-Tetis” elmi-texniki kompleksin prezidenti Elçin bәyә, elәcә dә Sәlim bәyә sәmimi arzularımı bildirirәm. Arzunuz? Kinoya çәkilmәk… Hәlәlik dә’vәt etmirlәr. |
||