|
|
||
|
|
“QARŞIMA HALAL SÜD ӘMMİŞİN BİRİSİ ÇIXSA EVLӘNCӘYӘM” |
|
|
525-ci qәzet 2 dekabr 2000 ci il << back “Azersell”i “Baksell”ә dәyişәn müğәnni Faiq Ağayev Azәrbaycan klipmeykerliyindә inqilab etdiklәri iddiasındadır. Son vaxtlar şәhәrimizin bir çox restoranları sәnәt adamları ilә jurnalistlәrin necә deyәrlәr, görüş yerinә çevrilib. Yәni yaradıcılıqlarındakı hәr hansı bir yeniliyi jurnalistlәrin nәzәrinә çatdırmaq istәyәn müğәnnilәrimiz bu xәbәri onlara mәhz belә yerlәrdә çatdırmağa üstünlük verirlәr. Dünәn dә bu әnәnәni etdirәn vә media nümayәndәlәrini “Anna-bella” restoranına dәvәt edәn müğәnni Faiq Ağayev Novruz Aslanovun Xanım İsmayılqızının sözlәrinә bәtәlәdiyi “Aldatdı mәni” mahnısına çәkdirdiyi yeni klipini tәqdim etdi. İlk öncә: “Bu gün mәnim üçün çox әlamәtdar günlәrdәnir. Bunun üçün bir az sonra açıqlayacağım bir neçә sәbәb var” - deyәrәk, sonra mәtlәbә keçәn müğәnni әvvәlcә klipin yaradıcı heyәtini tәqdim etdi. Mәlum oldu ki, klipin rejissoru Ülviyyә Könül, operatoru Nadir Mehdiyev, sәs rejissoru Teymur Abdullayev, montajçısı Fuad Әlişov vә nәhayәt ssenarinin ideya müәllifi müğәnni özüdür. Klipdә baş rollarda isә Opera vә Balet teatrının aktrisası Nailә Mәmmәzadә, model Fuad Hacıyev vә F. Ağayevin qardaşı qızı Güllәr çәkiliblәr. Tәqdimatdan sonra klip qonaqlara nümayiş etdirildi. Qeyd edәk di, klipin süjet xәttini uğursuz mәhәbbәt tәşkil edir. Amma bu, digәr eyni mövzulu, klippәrdәn bir çox cәhәtlәrinә görә fәrqlәnir. Hәtta bu klipi Azәrbaycan klipmeykerliyindә yenilik dә saymaq olar. Әvvәla klipdә yalnız aktyor oyundan istifadә olunub. Yәni, sәs yalnız klipin fonunda verilir. F. Ağayevi bu klipdә müğәnni kimi yox, sırf aktyor kimi görürük. Vә klipdә bәzi intim sәhnәlәrә dә rast gәlәnir. Müğәnni özü da yenilik etdiyindәn mәmnun qaldığını bildirdi “Gördüyünuz kimi mәn klipdә mahnının ifaçısı kimi yox, sırf aktyor ampluasında çıxış etmişәm. Bu klip 6,5 dәqiqәlik qısametrajlı, dolğun bir film formasında çәkilib. Olduqca böyuk qurur hissi keçiirәm ki, yeniliyi Azәrbaycan klipmeykerliyinә Ülviyyә xanımla mәn gәtirmişәm”. Görәsәn klipin sujet xәtti ilә müğәnninin şәxsi hәyatında bir bağlılıq varmı? Müğәnni sualı tәsdiqlәyib: “Zaman-zaman әtrafımda olan insanlar zәiflik göstәrәrәk mәnә xәyanәt ediblәr – hәm dostlarım, hәm rәfiqlәrim” – dedi. Bәs klipdә aktyorluq mәharәtini göstәrәn müğәnni gәlәcәkdә hansısa filmdә çәkilmәyi arzu edirmi? “İn orasındadır ki, mәn ixtisasca aktyoram, İncisәnәt universitetinin aktyorluq fakültәsini bitirmişәm. Aktyorluq potensia lımı hәrdәn çәkildiyim kliplәrdә nümayiş etdirirәm. O ki qaldı filmә çәkilmәyә, әgәr Azәrbaycanda nә vaxtsa ürәyimә yatan film çәkilәrsә, ssenaridәn asılı olaraq razılıq verә bilәrәm”. Klipdә ailә sәhnәlәrini canlardıran müğәnni evlәnmәyi necә, düşünürmü? Sualını isә F. Ağayev belә cavablanırdı: “Belә çıxır ki, Azәrbaycanda iki problem varsa, onun da biri mәnim evlilik problemimdir. Evlәnmәyimә qalanda, dәfәlәrlә demişәm ki, evlәnmәk mәndәn asılı bir şey deyil, bu Allahın işidir. Nә vaxt qarşıma halal süd әmmişin birisi çıxsa evlәnәcәyәm. Böyük bir zalda toy edib hamınızı dәvәt edәcәyәm”. Klipin neçәyә başa gәlmәsinә vә sponsorun kimliyinә gәlincә, F. Ağayevi qeyd etdi ki, klip kifayyәt qәdәr baha başa gәlib. “Bircә onu deyә bilәrәm ki, bu klip yalnız “Dәşti”-dәn bir qәdәr ucuz başa gәlib. Klipin sponsoru isә özümәm”. Sualları cavablandırdıqdan sonra F. Ağayev mәtbuat kofransın әvvәlindә vәd etdiyi kimi bir neçә gizli mәtlәbi dә açıqladı. Әvәlcә o, bәyәn etdi ki, neçә ildәn bәri әmәkdaşlıq etdiyi “Azәrsell” şirkәtindәn ayrılır “Azәrsell”lә mәni 2 illik bir dostluq bağlayır. Xeyli sayda birgә layihәlәr hәyata keçirmişik. Bәyan etmәk istәyirәm ki, bundan sonra “Baksell” şirkәti ilә әmәkdaşlıq edәcәyәm. Vә mәnim dekabrın axırında keçirәcәyim solo konsertin baş sponsoru da “Baksell” olacaq”. Müğәnnin ikinci surprizi isә 1998-ildә çәkirdiyi “Sәn elә bilirdin” klipini yeni variantda qonaqlara tәqdim etmәk oldu. |
||