 |
|

|
|
"NӘ QӘDӘR MӘN VARAM, MAHNIM DA OLACAQ"
|
|
Yeni Yüzil 8 yanvar 2002
Tәәccüblәnmәyin. Bucünki qonağım adı yetirәncә fәrqli situasiyalarda hallanan sәhnә qәhrәmanı Faiq Ağayevdir. Әlavә tәqdimata ehtiyac olmasa da, hәr halda titullarını bilmәyiniz dә lazım - beş beynalxalq müsabiqә laureatı, respublikanın әmәkdar artisti. Ona ifaçı kimi pәrәstiş edәnlәr vә bu ifanı tamailә qәbul etmәyәnlәr dә var. Onu fәrd olaraq da ya son dәrәcә müsbәt keyfiyyәtlәrinә görә qiymәtlәndirirlәr, ya da bu fikrin tam әksinә әmin olduqlarını söylәyirlәr.
Maraqlanacaqsınız ki, işiq üzü görәndәn şәnbә nömrәsinә mәdәniyyәtimizin әn ünlü personlarını qonaq çağıran, ağır problemlәri qabardan "Yeni Yüzil" nә әcәb estrrada sәhnәsinin parlaq fiquruna üz tutub? Açması çox sabә. Fiq Ağayev ötәn ilin son günlәrindә "Respublika" sarayında solo konsert verdi. Deyәcәksiz bu da tәәcübli deyil. Müğәnni son illәr hәr ad günündә pәrәstişkarlarını saraya yığmır mәqәr? Sadәcә, bu konsert o konsertlәrdәn deyildi. Vә tәk bir adına görә yox. Fәrq ondaydı ki, "Respublika" sara yında yalnız canlı konsert vermәk barәdә nazirin sәrәncamı imzalanandan sonra Faiq çәtin işә qol qoymaq cәsarәti tapan ilk estrada müğәnnisi oldu. Özü dә "tam mәxfi". Söhbәtdәn qabaqsa razılaşırıq ki, bu müsabihәdә hәr şey tam aşkar olsun. Qonağım istәnilәn sualdan qaçmayağına söz verir. Mәxfi onların aşkarlanması sizi dә maraqlandırırsa, söhbәtimizlә tanış ola bilәrsiniz.
Hәlә sentyabr ayından belә söhbft qәzmәyә başladı ki, indiyәcәn mәtbuatla açıq işqüzar münasibәtlәr quran Faiq Ağayev vәrdişindәn әl çәkib. Niyә belә deyirdilәr? Çünki iddinız әsasında başlanan mәhkәmә prosesinin tamailә qapalı keçmәsindә israrlıydınız. Sonra konsertin reklam kampaniyası başlandı. Gizilinlik bu dәfә başlığa çıxdı. 30 yaşınıza hәsr etdiyiniz konserti dә "Tam mәxfi" adlandırdınız. İstәrdim söhbәtimizә bu mәxfilәrdәn birincisinin açmasıyla başlayaq. Mәhkәmә nә oldu? Necә oldu? Nәylә nәticәlәndi? Vә niyә bütün hadisәlәr "mәxfi" qrifiylә kefdi?
O "mәxfi" qrifi tәk mәnim konsertimә aid idi, mәhkәmәyә yox ki.
Axı mәhkәmәnin qapalı keçirilmәsindә isralıydınız. Qarşı tәrәf bә Sizi mәhz bu mәxfilikdә günahlandırırdı.
Mәnim elәdiyimdә bir qәbahәt yox idi ki. Konstitusiyada xüsusi bir maddә var ki, söhbәt vәtәndaşın mәnәviyyat mәsәlәlәrindәn gedirsә, mәhkәmәni qapalı keçirmәk olar. Bu, hәr kәsin haqqıdır. Mәn dә sadәcә, konstitusion hüquqlarımdan istifadә etmişdim.
Mәhkәmә dә qapalı keçdi. Sonu nә oldu? Bәlkә mәlumatları aşkarlayasınız? Әgәr çox ağır deyilsә ...
Ağır deyәndә ki, sadәcә, xoşagәlmәz hadisәydi. Bir var vaxtını vә gücünü serf edәsәn sәnәtә, yaradıçılığa, bir dә var lazımsız işlәrlә mәşğul olasan. Deyir qız evindә toydur, oğlan evinin xәbәri yoxdur. "TV-park" qәzetindә mәnim barәmdә elә şeylәr yazılmışdı ki, heç biri hәqiqәtә uyğun deyildi. Özü dә kim yazmışdı? Etibar Hüseynov. O kәs ki, onunla vaxtilә dostluq etmişik, evimizә gedib gәlib. Demәk, dostluğa xәyanәt etdi bu insan.
Niyә?
Şәxsi ambisiyalarını gerçәklәşdirmәk üçün.
Nә idi ki ambisiyası?
Vaxtilә mәn onun zәnglәrinә cavab vermәmişdim.
Nә vaxt? Nә zәng?
Bu o vaxtlar idi ki, mәn mәhkәmә prosesindәydim.
Kiminlә sәkişirdiniz?
Brilyant xanımla. Çox gәrgin günlәr idi, bu Etibar da mәnim anamdan müsahibә götürmәk istәyirdi. Necә olursa, bunun xahişi tamam yadımdan çıxır, valideynlәrimә heç nә demirәm. Etibar da müsahibә üçün anamın yanına gәlir. Anam, tәbii ki, mәnimlә vә ya atamla razılaşdırmasa heç kәsә heç bir söz deyәn deyil. Nә isә, mәnә әli çatmır, atamdan xәbәr alır. Atam da deyir, lazıi deyil, müsahibә-zad vermә.
Bәs deyirsiniz Etibarla dost olmusunuz? Atanız dostunuzun xahişini rәdd edir?
Dost olanda nә olar? Elә vaxt idi ki, mәhkәmә gedirdi vә o mәqamda hәr deyilәn sözә kimsә don geyindirә bilәrdi. Ona görә dә anam müsahibә vermir. Bax, elә o vaxtdan da Etibar mәndәn incik düşür, mәnimsә heç xәbәrim olmur. Bunu lap indilәrdә bildim - mәhkәmә vaxtı. O vaxt ki, Etibar mәnim ayağıma düşüb xahiş edirdi onu bağışlayım. Adam qalmadı yanıma minnәitçi salmasın. Flora xanımı da dilә tutdu.
Prinsirial olaraq bağışlamadınız?
Әslindә bağışlamaq da olardı. Amma bir kәs sәhv edibsә, gәrәk zәhmәt çәkib üzr istәsin. Әslindә mәnә heç onun pulu da lazıi deyildi. Tәkzibini verәydi, sonra deyәydi ki, gәl barışaq.
Sizcә, niya getmәdi buna?
Getmәdi. Dedi ki, onsuz da o cәrimәni ondan çıxa bilmәyәcәklәr. Mәn bilirәm axı belә deyil. Hökümәtlә hökümәtlik etmәyәcәk ki.
Nә gәdәrdir cәrimәsi?
25 milyon manat. Şәrәf vә lәyaqәtimi tәhqir etdiyinә görә qanunun kәsdiyi cәza budur. Amma bu, mülki işin nәticәsidir. Sonra mәn yenidәn mәhkәmәyә müraciәt etdim vә Etibara qarşı cinayәt işi qaldırıldı.
Siz bilәn, bir qәzet yazısına görә çox dәrinә getmәmişdiniz ki?
Bir yazı çox, әvvәla bir neçә yazı. Bir dә ki i mәni ağır cinayәtlәrdә tәqsirlәndirirdi. Killerlikdә vә fәrarilikdә. Hәr ikisi böhtandan başqa bir şey deyildi. Mәhkәmәdә Yasamal Rayon Hәrbi Komissarlığının nümayәndәlәri iştirak etdilәr vә rәsmi şәkildә bildirdilәr ki, nәyә görә o vaxt mәn hәrbi xidmәtdәn azad edilmişәm.
Artıq mәxfi deyilsә, deyә bilәrsinizmi nәyә görә?
O vaxt mәnim nә çәkim, nә boyum standarta uyğun gәlirdi. İndinin indisindә çәkim 54 kilodur. On il bundan qabaq 43 kilo idi, ona görә dә hәrbi xidmәtә yararlı sayılmadım. Bax bu idi sәbәb.
Mәhkәmә necә qurtardı?
Mülki işdәn xәbәriniz var yәqin. Cinәyәt işi dә Etibara yarım il icbari cәza verdi. İndi Etibar birici prosesla bağlı Apellyasiya Mәhkәmәsinә müraciәt edib. Ayın axırı üçün qәrar verilmәdir. Apellyasiya qәrar çıxarsa, cәrimәni ödәyәcәk.
Bәs birici iәhkәmәniz nәylә qurtarmışdı? Brilyant xanımla olan çәkişmәni nәzәrdә tuturam.
Onda Brilyant mәnә qarşı iddia qaldırmışdı, mәn dә cavab iddiasiyla mәhkәmәyә müraciәt etmişdim. Cinayәt tәrkibi olmadığına görә, onun iddiası rәdd edildi, avtomatik olaraq mәnim iddiam da qüvvәdәn düşdü. Әslindә bütün bunlar o qәdәr baş aparan işlәdir ki, boş yerә hәm vaxtım qetdi, hәm әsәblәrim. Hәmin vaxtı mәn әn azı konsertimә sәrf edә bilәrdim axı.
Bu konsert doğrudan ciddi bir imtahan idi. Mәn tamaşaçı rәyini qoyuram bir kәnara. Özünüz bu imtahanı neçә qiymәtlәndirdiniz?
Mәni istәyәnlәr dә, istәmәyәnlәr dә konsertә gördülәr ki, nәyә qadirәm. Amma özümün razı qalmadığım mәqamlar da oldu.
Nәyә qadir olduğunuzu göstәrmәk üçün çoxtu çalışmışdınız? Canlı solo konsert vermәk asan deyil yәqin.
Deyim ki, mәn ötәn konsertdә dә canlı oxumuşdum, amma elә mahnılar vardı ki, sırf elektron musiqisilә yazılmışdı, onlar fonoqram idi. Düz 14 ildir ki, peşәkar sәhnәdәyәm. Hәlә heç olmayıb ki, mәn tam fonoqramla oxuyum.
Bәs deyirlәr Siz uzun müddәt canlı oxuya bilmәrsiniz. Guya nәsә probleminiz var.
Yaxşı, bәs onda bu toyları mәn necә keçirirәm? Elә olur sәkkiz saat canlı oxuyuram. Toyu da fonoqramla oxuyuram?
Deyirlәr belә dә olur.
Axı fonoqramın konkret metraci olur, beş dәqiqәyә mahnı bitir. Tutaq ki, bәy-gәlin ortada oynayırsa, bәs fonoqram bitindәn sonra neyәyәcәm? Necә olur ki, bәzәn 40-50 dәqiqә dayanmadan mahnı oxuyuram. Fonoqramları necә bitişdirmәk olar? Yalnız bәdxahların düzüb qoşduqları yalandan başqa bir şey deyil bu söhbәtlәr.
Axır vaxt bәdxahlarınız da çoxalıb. Niyә?
Barsız ağaca kim daş atar?
Amma daş atanlar da özgәlәr deyil, elә ağacın әtrafında olanlardır.
Paxıllıq. Mәn bunu başqa cür izah edә bilmirәm. Qoy onlar da mәnim kimi sәrmayә buraxıb şou yaratsınlar. Mәnim bu dәfәki sәhnә dekorasiyam xәrclәrimin demәk olar ki, tam yarısını apardı. Mәndәn әvvәl heç bir konsertdә belә dekorasiya olmamışdı.
30 illiyinizdә indiyәcәn olmayan daha nәlәr baş verdi? Mәn bilәn, "proqon"suz çıxmışdınız solo konsertә. Çәtin olmadı ki?
Әlbәttә çәtin oldu. Ayın 28-i Dövlәt Rәqs Ansamblının 30 illiyinә hәsr olunmuş dövlәt tәdbiri keçirildi. Qanunla hәmin gün mәn mәşqimi keçirmәliydim. Bizim uşaqlar gecә saat 12-dәn sәhәrәcәn qurdular. Günorta 2-dә tәribat bitdi, mәn elә o vaxt da mәşq edirdim. Saat 5-dә sarayın rejissoru Gulya xanım Şәfiyeva mәni zorla çıxartdı sәhnәdәn ki, istirahәt edim. Elә saraydaca saç ustası saçıı düzәltdi, partarları son mәqamda saraya gәtirdә. Bir fәrq dә bu idi ki, çox hәyәcanlıydım. Tәsәvvür edin ki, konsertdәn qabaq sәhnәdәki 8 metrlik pyedestalın üzәrinә çıxmışam, qara pәrdәnin, tamaşaçılar mәni hәlә görmürlәr. Nәrqiz Cәlilova isә sәhnәdәdir vә artıq mәni tәqdim edir. İndi mәni bir hәyәcәn tutub ki, ürәyim çıxır yerindәn. Ürәyim dәhsәt çırpınır. Oxumağıma dәqiqә yarım vaxt qalıb, mәn әmәlli-başlı tәnqәfәs olmuşam. Özüm özümü sakitlәşdirirәm ki, hәyәcanım azalsın. Deyirәm ki, nolub sәnә? Özünü әlә al. Canlı oxuyacaqsan axı. İnanırsınız, indiyәcәn heç belә hәyәcanlandığım olmamışdı.
Heç olmayan daha nә idi?
Onu da deyim? Bu konsertdә düx 40 saniyәyә әynimi dәyişdim.
Üst-üstә iki kostyum geyinmişdiniz?
Yox. Maneken qızlar yanası düzülüb sәhnәnin qabağını tutdular. Mәn dә elә sәhnәdәcә soyunub başqa paltar geyindim. İndiyәcәn fikirlәşәndә ki, salonun kәnar yerlәrindә әylәşәn tamaşaçılardan kimsә mәni tam çılpaq görә bilәrdi, bir tәhәr oluram. Bir maraqlı hadisә dә danışım. Bizim "Respublika" sarayının bir problemi var ki, müğәnni oxuyanda öz sәsini eşitmir. Mәn Moskvadan elә bir xüsusi avadanlıq gәtirmişdim ki, özümü eşitdim, yәni öz musiqiçilәrimin müşayiәtini, bir dә öz sәsimi. Xüsusi qulaqlıqlar taxmışdım, ona görә dә salonu eşidә bilmirdim, tam kar kimiydim. Konsert vaxtı da üzümü salona tutub hey deyirdim ki, ay camaat, әl çalın da, mәn eşitmirәm axı. Sonra işçilәrim dedilәr ki, hәr şey normaldır, mәnsә gileylәnirәm. O avadanlıq normal işlәsin deyә, mәftillәrini 3-4 yerdәn leykoplastırla kyrәyimә yapışdırmışdım. Arada yadımdan çıxıb, arxamı çevirmişәm salona. Onda gördüm menecerim qışqırır ki, tez ol üzünü çevir, camaat bintlәrini görür. Әynimdә şәffaf köynәk vardı, sarğılar da rahat görünürmüş.
Konsertdәki bir yenilik dә film idi. Sәhv etmirәmsә, "Tanışlıq" adlanırdı.
"Tanış olun. Bu mәnәm". "Szasu"çilәrin ideyasıydı. Әn maraqlısı bilirsiz nә idi? Uşaq evinә getdik ki, yeni doğulmuş körpәni lentә alaq. Gәtirdtlәr, bәlәyini açdılar ki, görsünlәr oğlandı ya qız. Oğlan idi. Körpәnin ayağındakı lentin yazısına baxanda özümü itirәn kimi oldum. Atasının adı Balağa idi, demә, atamın adaşıymış. Bu qısametrajlı telefilmin hazırlanması da tam mәxfi oldu. Heç kәsin xәbәri yox idi.
Vә bütün bu mәxfiliklәrlә dә, dediyiniz kimi, "uşaqlığın son gecәsiylә vidalaşdınız". Sizinlә son müsahibәmiz sәhv etmirәmsә, iki il әvvәl olmuşdu. Onda "Azadlığ"ın oxucularına söylәmişdiniz ki, sevgiyә ehtiyәcınız var. İndi necә?
O vaxt mәn hәyatımdakı bir sevgi tarixçәsindәn dә danışmışdır. Siz bir sual vermişdiniz ki, birdәn o qayıtsa neylәrsәn? Bir şey deyim - tәәscüblәnmәyin - ad günümdә o insan qayıtdı. Amma mәn qәbul elәmәdim.
Yәqin ona görә ki, bu müddәtlә tәnda qalmamışdınız. Bir müddәt әvvәl bütün tusovkalarda yaraşıqlı bir xanıila görünürdünüz. Vә hәtta belә dә deyirdilәr ki, Faiq qәsdәn hәr yerә o qadınla gedir ki, haqqında gәzәn söz-söhbәtlәrlә son qoyulsun.
Yenә dә şayiәdir. Düzü, bilmirәm Sabinәdәn xәbәrsiz bu barәdә danışmağın nә dәrәcәdә etikdir. Amma mәn Sәbinәylә mәhәbbәt dolu yarım il yaşadım. Yarım il biz dünyanın әn xoşbәxt insanları olduq.
Bәs sonra?
Hәmin o "ağac" әirafında olan kәslәr, dırnaqarası dostlar aramızı vurdular.
Buna baxmayaraq, Sәbinә konsertinizә gәldi.
Mәxsusәn bu konsert üçün Dunyadan üç günlüyә gәldi.
İndi ancaq dostsunuz?
Dostuq. Ama mәn onu bir insan kimi, bir qadın kimi çox sevirәm. Anam da, qardaşlarım da onu çox istәyirlәr. Onun anasının mәnә münasibәti çox yaxşıdır, mәn onun uşaqlarını çox sevirәm. Yәni ailәlәrlә bağlı heç bir problem yox idi, amma aramızı vurdular. Bir-birimizә elә sözlәr demişik ki, o sözlәrdәn sonra bәrabәr olmaq çox çәtindir. Hәr halda mәn sevinirәm ki, biz bәrabәr olmuşuq, ama bunun sonunu da bilmәk olmaz. Bәzәn siqnallar gәlir. Bax o siqnallar var hәlә. Konsertdә dә bunu hiss etdim.
Konsert daha hansı mәxfiliklәri faş etdi? Sizin "Әsrin son konserti"nizdә deyirdilәr ki, guya Polad Bülbüloğlu zakulisdә narazılığını bildirib. İndi necә, rәhbәrlik Sizdәn razı qaldı görәsәn?
Ondan da bu hadisәni mәtbuat tәhrif etmişdi. O vaxt Polad Bülbüloğlu zakulisdә gәlib mәni tәriflәdi, amma dedi ki, gәlәn ildәn belә olmayacaq - konsertlәr canlı keçәcәk. Mәn onda birinci xәbәr tutdum ki, nazir belә bir sәrәncam vermәk istәyir. Fәrhad müәllimin otabındaydıq. Düzdür, Polad müәllimin narazılıqları da olmuşdu. Pauzlara görә danlamışdı mәni. Mәni o pauzları yığışdırmaq iqtidarında deyilәm axı. Gül verәnlәr, şәkil çәkdirmәk istәyәnlәr sәhnәyә axışırlar, konsert dә uzanır. Bu dәfә dә belә olacaqlı. Axırda menecerin Rauf sәhnәyә qalxan pillәkәni yığışdırdı. Heç mәn özüm dә düşә bilmәdim salona.
Amma sizә bir xeyli hәdiyyәlәr tәqdim olundu.
Elәdir. Görünür, bu yubileyimlә bağlı idi.
Әn maraqlı hәdiyyәni kimdәn aldınız?
Yaxın dostumdan. Mәnә iri bir ulduz bağışlayıb, qızıldan. Mәnimçün әn qiymәtlisi isә valideylәrimin hәdiyyәidir. Bir dә çox qәribә, sirli bir mәktub aldım o gün.
Sevqi mәktubu?
Hә. Hiss olunur ki, yeniyetmәdir, 14-15 yaşı olar. Hisslәrini elә gözәl ifadә edim ki. Oxudum, doğrusu, yaman tәsirlәndim. Hәm dә ki, bu qızcığaz nә adını yazıb, nә ünvanını, nә telefonunu. Bax bu, mәnimçün әsl yeni bir mәxfi mәqam oldu.
Demәk mәxfi mәsәlәlәr hәlә dә davam edir?
Davam edәn tәk bu deyil ki? Elә konsertin özünün dә davam etdirmәk, yәni tәkrarlamaq fikrindәyәm. Axı solo konsertlәrdәn biri tәxirә düşdü. Çox güman, fevralın 14-i - Sevgililәr günündә yenә konsert verәcәyәm.
Konsertin tәxirә düşmәsi tamaşaçıları yaman narazı salmışdı. Siz necә? Yaqin maddi cәhәtdәn ziyan çәkdiniz?
Hәr halda konsertin mayasının çıxarda bilmәdim. Amma dövlәtә keçәsi nә vergi varsa, hamısını ödәmişәm, axırıncı qәpiklәrinә qәdәr. Sadәcә, bu konsertimә xәrcim dә çox çıxmışdı.
Hәm dә sponsorsuz idiniz. Elә niyә?
O da öz günahım idi. Vaxtında müraciәt etmәmişdim şirkәtlәrә. O vaxt demişdim ki, onlar artıq büdcәlәrini bağlamışdılar.
Konserti kim maliyyәlәşdirdi bәs?
Ancaq özüm.
Mәn o vaxt da Sizdәn soruşmuşdum, indi dә maraqlanıram. Әslindә xariclәr maliyyәylә bağlı suallara pis baxırlar. Mәnimlә mәqsәdim sadәcә, şou-biznesdәki vәziyyәti öyrәnmәkdir. Bizim mәkanda şou-biznes gәlirlәrilә yaşamaq mümkündürmü? Başqa sözlә desәk, gәliriniz haradan çıxır? Necә dolanırsınız?
Hәlә ki ancaq sәsimin hesabına. Demәzdim ki, bu şou-biznesin uğurudur. Toylardır, mәclislәrdir, restoran tәdbirlәrdir. Mәsәlәn, konsert vaxtı nә qәdәr ziyana düşmüşdümsә, hәmin xәrci tәk Yeni il qecәsinin qәliri hesabına tam ödәyә bildim.
Necә yerdә oldunuz ki?
Axşam saat 11-dәn sәhәr 5-cәn işlәdim; düz 9 restoranda çıxışım oldu.
Elә bu gәlirlә kifayәtlәnirsiniz? Yәni özәl bizneslә mәşğul olmaq fikriniz yoxdur?
Bu da mәnim xasiyyәtimdәn irәli gәlәn cәhәtdir. Belә işlәrdә o qәdәr vasvasiyam ki, gәrәk hәr xırdalığı özüm yoxlayam - mühasibat hesablarından tutmuş insanlarda ünsiyyәtә qәdәr. Ona görә bu işә çox hәvәs göstәrmirәm. Amma ola bilsin bu yaxınlarda şәrikinә bir iş başlayaq.
Demişdiniz, şirkәt açmaq istәyirsiniz. Hәmin işdir?
Yox, o başqa işdir. Bu şirkәtsә gәnc istedadlara yol açmaq üçündür. Bu işin sistemini artıq tam hazırlamışam. Qalıb işi başlamaq.
Neylәcәyәksiniz ki?
Ulduz düzәldәcәyәm - sәhnә ulduzu.
Asandır mәgәr?
İstedadı, bir dә sәrmayәsi olan adamı olduza çevirmәk üçün üç, maksimum altı ay vaxt lazımdır. Yoxsa cavan istedadlara yol açılmaz. Belәlәri isә var. Sadәcә, onları axtarıb tapmaq, üzrә çıxarmaq lazımdır.
Bu da әlavә bir işdir. Tәbii ki, vaxt da aparacaq. Bәs mahnılar?
Mahnılarsa hәyat kimidir. Nә qәdәr mәn varam, mahnım da olacaq.
Söhbәtin axırına yaxın Faiqin mobil telefonu zәnq çalır. Vә mәn doğrudan da bәzi hadisәlәrin tәsadüf yox, mәhz zәrurәt olduğuna әmin oluram. Xәttin o başındakı bayaqlan haqqında danışdığı xanımdırr. Dubaydan zәnq vuran Sәbinә Hüseyn Faiqә yuxusunu danışır - eynәn Faiqin mәnә soylәdiklәrini. Yuxusu çin çıxıbmış. Bәlkә elә arzular da çin çıxdı? Nә bilmәk olar?
|
 |
|