 |
|

|
|
AKİF İSLAMZADӘYӘ VAXTINDA YAXŞI DEMӘLİYDİK. (YAXŞIYA YAXŞI DEMӘK LAZIMDI)
|
|
Adalәt 8 yanvar 2002
Mә onu ilk dәfә sәhnәdә görәndә o sәnәtdә ilk addımlarını atan 17-18 yaşlı bir gәnj idi. Onu tәqdim etdilәr – Adı mәnә heç nә demәdi. Sәhnәyә arıq, balaja, jılız, qara bir uşaq çıxdı vә oxudu. Oxudu vә hamının ilk tәәssüratı alt-üst oldu.
Dәyәrini sonunadәk anladığımız böyük bir xәzinәmiz
var. Jәmi-jümlәtanә 8 milyon olan xalqın tәkjә XX әsrdә Üzeyir Hajıbәyov, Qara Qarayev,
Fikrәt Әmirov, Rauf Hajıyev, Tofiq Quliyev kimi sәnәtkarlar yetişdirmәyi az deyil.
Rәşidi sәhnәdә görәn adamları musiqidә nәylәsә tәәjüblәndirmәk dә asan iş deyil.
Deyirlәr ki, әvәzolunmaz adamlar yoxdur. Niyә yoxdur?! Akifi kim әvәz edә bilәr?
Hәr şey öz vaxtında olmalıdır. Öz vaxtında yaxşıya-yaxşı, pisә pis demәk lazımdır.
Bu gün hansı qәzeti açırsan Akifin ilahi sәsindәn yazırlar. Bilmirәm, Akif bu gün
sәhnәdә olsaydı, oxusaydı onu hansı rәnglәrlә boyayardıq.
Belә düşünürәm
ki, Allahın verdiyi әn böyük dәrd paxıllıq hissidi. İstedad varsa, paxıllar, bәdxahlar
da var.
Sәhnәyә
gәldiyi bu illәr әrzindә o, özünü tәstiq etdi, istedadlı olduğunu sübut etdi. Hәr
yeni oxuduğu mahnı ilә böyüdüyününün şahidi olduq. Başı gijәllәnmәdi, buna sadәjә
olaraq vaxtı yox idi. Öz işi ilә mәşğul idi. Vә bundan qazanan da biz tamaşaçılar
idik. Oxuduğu bütün mahnılar da şlyaqerә çevrilirdi. Şöhrәtin müәyyәn pillәsindәn
sonra yerindә sayan, inkişafdan qalan sәnәtçilәri çox görmüşük. Bilmirәm, sonra
nejә olajaq, amma bu gün Faiqin şöhrәti onun sәnәtinin tәkan
qüvvәsidir. Faiq öz fanatlarına çox hörmәt edir
vә buna görә dә çox çalışır, çox işlәyir. Oricinal bәstәkar mahnılarına da, xalq
mahnılarına da eyni şövqlә yanaşır. Vaxtilә mәşhur ifaçıların oxuyub möhürünü vurduqları
mahnıların Faiqin ifasında yeni hәyat qazanması da tәbiidir. O, nә oxuyursa, onu
özününkülәşdirir. Vә biz hәmin mahnıları ilk dәfә eşidәr kimi qәbul edirik.
Bu gün mәtbuatın sarı sәhifәlәrindә sәnәtçilәr haqqında
sarı olaylar yazmaq çox dәbdәdir. Avropalaşırıq, gәrәk onlardan hәr şeyi öyrәnәk
dә… Özü dә biz hamının pis xasiyyәtlәrini daha tez götürürük. Sәnәtkarın nazını
çәkmәyi nә vaxt öyrәnәjәyik?
Yaxşıya
yaxşı demәk dazımdır. Vaxtında demәk dazımdır. Faiq haqqında çoxdan nә isә yazmaq
istәyirdim. Onun son vaxtlar oxuduğu «Sәn gәlmәz oldun» mahnısı içimdәkilәrin sözә
çevrilmәsindә sonunju damjı oldu. Bu mahnını çox-çox әvvәl Nisә xanım oxuyub mәşhur
elәmişdi. Sonra türk sәnәtçilәri anonim adıyla oxudular. Onlar bizim mahnıları bizim
kimi heç vaxt oxuya bilmәzlәr. Әn azından ona görә ki, bizim ruhumuzu anlamırlar.
Anlamayanda da bu sәnәt әsәri olmur. Sadәjә musiqi nömrәsi olur. Faiq bu mahnını
bәsit sevgi çәrçivәsindәn çıxarıb böyük nalәyә, aha çevirә bildi. Hәr kәsin içindә
hamıdan gizlәtdiyi dәrdlәr var. Mәn bu mahnıda oğlunu itirәn anaların fәryadını,
xoşbәxt günlәrin sorağında әriyib muma dönmüş ümidlәrin hayqırtısını eşitdim. Hәrdәn
gizli dәrdlәrimizin göz yaşa dönüb axmağa ehtiyajı olur.
Yaxşıya
yaxşı demәk lazımdır. Amma bağrımızı qana döndәrmә… Onsuz da dәrdimiz başımızdan
aşır…
|
 |
|