 |
|

|
|
“Görәk şayiәlәrlә barışaq…”
|
|
Azәrbaycan XXI әsr
12 fevral 2000-ci il
Öz sәsi ilә hәr kәsi valeh edәn “Cәnb Qızıl Şlyager” Faiq Ağayevlә görüşmәk, nәhayәt ki, mәnә dә nәsib oldu…
Faiq bәy, sәnnәt yollaşdarınızla aranız necәdir?
Hamı ilә normal ünsiyyәtdәyәm. Bәzilәrilә ailәvi dostluq edirik.
Şayiәlәrlә aranız necәdir?
İstәsәn dә, istәmәsәn dә bu labüddür. Mәn dәfәlәrlә demişәm, populyar bir insan haqqında müәyyәn bir mәlumatsızlıq olur. Bәzә pәrәstişkarlarda,ümumiyyәtlә dinlәyicilәrdә dolğun mәlumat olmadıqda şayiәlәr yayılır. Biz dә görәk bu şayiәlәrlә barışaq
Şübhәsiz, hәr bir insanın hәyatında müәyyәn çәtinliklәr olur. Faiq bәyin hәyatında necә, belә problemlәr olubmu?
Olub. Tәbii mәn dә hәyatımda hamı kimi mәişәt problemlәri ilә üzlәşirәm. Hәmin o dediyin şayiәlәr dә bәzәn problem yaradır. Bәlkә mәnim üçün bәzi problemlәri hәll etmәk hardasa daha yüngüldür. Sonra, sәnәt çәtinliklәrim. Kәnardan baxan üçün müğәnnilik peşәsi asan görünür. Amma bizdә olan bu “asanlığın” arxasında olduqca çәtin, mәşәqqәtli bir hәyat durur. Mәnim üçün әn böyük çәtinlik sәnәt problemidir.
Faiq bәy özünüzә nәyi bağışlaya bilmirsiniz?
Bәzi mәqamlar olub. Yәni olduqca sәbirsiz hәrәkәt etmişәm. Sonradan bu sәbirsizliyin acısını çәkmişәm. Olduqca inamlıyam. Mәni tez aldatmaq olar.
Kimsә sizin qәlbinizi qırsa, buna münasibәtiniz?
Әziyyәtini çәkәrәm. Dәrhal başımdan bu fikri ata bilmәrәm. Ümumiyyәtlә, insanlara tez alışıram. Bәzәn isә bundan sui-istifadә edәnlәrdә olur.
Demәk olarmı ki, Faiq ğәy bütün varlığı ilә sәnәtә bağlı olduğu üçün ailә hәyatı qurmur?
Әsla. Çünki mәnim üçün dunyada ailә әn müqәddәs mәfhumdur. Nә ailәmi sәnәtә, nә dә sәnәti ailәmә qurban vermәrәm. Mәni sevәn vә mәn sevdiyim şәxs mәnlә sәnәt arasında heç vax seçim qoymamalıdır. Dörd ilin söhbәtidir. Mәhәbbәtә görә bir illik sәnәtdәn uzaqlaşdım. Gördüm ki, ziddiyyәt yaranır vә sevdiyim adama daha çox zaman ayırmalıyam.
Bu vaxta qәdәr sevdiyiniz adamlar sizә yalan danışıb?
Çox. Nәinki sevdiyim, hәm dә birgә çalışdağım adamlar. Zaman keçdikcә nların da arasında iradәsi zәif olanlarını tapmışam.
Yeni klip çәkdirmәk necә, fikriniz varmı?
Var. “Aldatdı mәni” mahnısına klip çәkdirmәk gerçәklәşmәliydi. Amma maliyyә problemi hәlәlik buna imkan vermir.
Özünüz mahnı bәstәlәyirsinizmi?
Bәli. Adәtәn çalışıram ki, onları geniş ictimaiyyәtә çatdırmayım. Amma son albomumdakı “Küsmә” mahnısını özüm bәstәlәmişәm. Çox vaxt mahnının sözlәrini dә özüm yazıram.
İnsanın daxili, yoxsa xarici gözәlliyinә üsütünlük verirsiniz?
Hәr ikisinә. Sәhvәn daxilәn gözәl olmayan insanın xarici gözәlliyinә aldanıb, tanış ola bilәrәm. İçdәki xislәt üzә çıxdıqda isә özüm müәyyәn bir nәticә çıxardıram ki, “bu insan mәnim diqqәtimә layiq deyil!” lakin zahirәn gözәl olmayan bir insan daxilәn o qәdәr zәngin ola bilәr ki, onun xarici qüsurları artıq gözә çarpmaz.
|
|
 |
|