"Mәtbuat" bölümünә qayıtmaq üçün.    

Faiq Ağayev:
“Mәnim siyasәti – mahnılarımdır”

Azadlıq
12 mart 2001



“Exo” vә “Azadlıq” qәzetlәrinin hәr çәrşәnbә STAR-Web-studiyasında keçirilәn İnternet forum birgә layihәsini davam etdiririk. Bu dәfә virtual diskussiyaya qatılan mәşhur estrada müğәnnisi Faiq Ağay evdir. Qonaqa verilәn suallar tәkcә Azәrbaycandan deyil, ABŞ, Alamniya vә başqa ölkәlәrdәn göndәrilib.

Forumun rus versiyası “Exo” qәzetinin bugünkü sayında dәrc edilib. Forum iştirakçıları özlәrini necә tәqdim ediblәrsә, adları dә elәcә göstәrilir. Bu yazıda diskussiya iştirakçılarının әn maraqlı sualları, cavabları vә şәrhәri verilib. Forumun tam stenoqrammı ilә www.echo-az.com İnternet ünvanında tanış ola bilәrsiniz.

İ.S. Maqnitski: Faiq, axşamınız xeyir olsun! Sizә elә gәlmirmi ki, estradımız bir növ durğunluq keçirir. Mansurovla bağlı qalmaqalın geniş kütlәyә çatdırılması mәsәlәsinә necә baxırsınız? Siz musiqi Olmpinin hansı nöqtәsindәsiniz? Sizcә, fonoqramla oxumaq, üstәlik bu zaman gitara vә sintezatorların cәrәyana qoşulmamış mәftillәrini dә iri planda nümayiş etdirmәk ikiüzlülük etmәk demәkdir?

Mansurovla bağlı artıq söz söylәmәk fikrindә deyilәm. Vaxtilә bizim sıx dostluq münasibәtimiz olub vә hәmin munasibәtlәrә görә dә bu haqda danışmaq istәmirәm. Estradamıza gәlincә, әgәr inkişafı nәzәrә alsaq, demәk olar ki, estradamızın vәziyyәti düzәlib. Fonoqramla ifa isә bә’zәn teleşirkәtlәrin, tәşkilatçıların tә’kidilә, yaxud da salonun texniki cәhәtdәn yetәrincә tәchiz olunmaması üzündәn baş verir. Bu ikiüzlülükdur, ya yox? Әslindә yox. Musiqi Olimpindә dörd beynәlxalq müsabiqәnin laureatı, üç dәfә “İlin müğәnnisi”, Azәrbaycanın әmәkdar artisti olan şәxs özünü “bir nömrәli ifaçı” hesab edә bilәr.

“Bәdxah”: Faiq, nә әcәb daha mәhkәmәlәrә düşmürsünüz, heç kәslә “münaqişә” aparmırsınız? Şan-şöhrәtiniz aşağı düşür axı, növbәti qalmaqalla camaatın diqqәtini çәkmәyin әsl mәqamıdır …

Mәnim әziz “bәlxah”ım. Sizin xoşunuza gәlmәk naminә qalmaqalçı reputasiyasını qazanmaq istәmirәm. Mәn bilmirәm, sizin nәyiniz aşağı düşür, mәnim şan-şöhrәtim üçün isә belә bir tendensiyә yoxdur. Xeyirxah olun, inanın ki, belә yaşamaq daha asandır.

Güllü Cahangir, Odense (Danimarka): Yenidәn Flora xanımla duet oxumaq istәmirsinizmi?.. Tәәssüf ki, son vaxtlar bir çox mәdәniyyәt xadimlәri siyasi görüşlәrinә görә tә’qiblәrә mә’ruz qalırlar, iqtidara yaxın olanlar isә hәr növ “әldәqayırma” mükafat vә prizlәrә layiq görülürlәr. Elә hamının sevib hörmәt bәslәdiyi Flora xanım da bu üzdәn meydandan kәnarda qalıb … Sizә elә gәlmirmi ki, başqa mәdәniyyәt xadimlәri Flora xanım, Akif bәy kimi şәxslәrin әtrafında yaradılan vәziyyәtә qarşı artıq narazılıqlarını bildirmәlidirlәr. İnternetdә (başqa informasiya mәnbәlәri … yoxdur) Azәrbaycan ifaçılarının yeni mahnılarını tapmaq çox çәtindir. Mәsәlәn, azeri-net.com-da sizin adınıza olan “Yeni albom” rubrikasına sizin 2-3 il әvvәl oxuduğunuz mahnılar salınıb. Nә deyirsiniz, yeni mahnılarınızı haradan tapaq?

F. Kәrimova ilә oxuduğumuz duet mәnim vә Flora xanımın repertuarındakı şah mahnılırdandır. Bu, doğrudan da, klassik (qeyri-tәvazökarlığa görә üzr istәyirәm) mahnıdır. Flora xanımın efirә çıxmasına mәhdudiyyәtlә bağlı deyim ki, bu, şәxsәn mәni incidәn bir mәqamdır; mәn indiyәdәk Flora xanıma “anacan” – deyә müraciәt edirәm. Ola bilәr ki, mәn onun siyasi baxışlarını qәbul edim vә yaxud qәbul etmәyim; amma onun mahnılarının yoxluğuna dözә bilmәrәm. Mәn hesab edirәm ki, müğәnni Flora Kәrimova Azәrbaycan xalqına mәxsusdur vә onu xalqın әlindәn almaq olmaz.

Kәrim: Hansı Qәrb musiqisini xohlayırsınız? Hansını dinlәyirsiniz? İllәr keçdikcә musiqi zövqünüz dәyişibmi?

Zövqәlәr, tәbii ki, dәyişir. Dәyişmәz qalan bә’zi müğәnnilәrә olan sevgimdir: Şade, Stinq, Corc Maykl, Türkiyәdә – Sezen Aksu, Tarkan, Nülufәr, Rusiyada – Alla Puqaçova.

Q. Qәmbәrov: Müxtәlif hökümәt konsertlәrindә çox az-az çıxış edirsiniz. Niyә? Dә’vәt etmirlәr, yoxsa özünüz oxumaq istәmirsiniz?

O konsertlәrdә müntәzәm iştirak edirәm.

Siyasәtçi: Sәnәt alәmindәki hәmkarlarınız siyasәtlә mәşğul olurlar. Zeynab Xanlarova vә Amaliya Pәnahova MM-in üzvlәridir, Brilliant bәlәdiyyә üzvüdür. Faiq, bәs sizin necә, nә vaxtsa siyasәtlә mәşğul olmaq planınız varmı?

Mәnim siyasәtim – mahnılarımdır. Bu mahnıları iqtidarda olanlar dә dinlәyir, müxalifәtdә olanlar da. Mәnim siyasәtim odur ki, sevincinizdә sizә şәrik olum; Allah elәmisin, kәdәrinizi dә bölüşә bilim. Çox guman, vaxtı gәlәndә kütlәvi siyasi hәyatda da öz qüvvәmi sınamaq fikrinә düşәcәyәm.

Toğrul: Faiq, deyin görüm, öz musiqinizlә qazandığınız pula yaşaya bilәrsinizmi? Ümumiyyәtlә, Azәrbaycanda bu mümkündürmü? Bilirәm ki, Qәrbdә hәtta әn çox qazanan aktyorlar vә müğәnnilәr restoranlar, mağazalar vә sairә saxlayırlar…

Şükür Allaha, özümü nisbәtәn rahat yaşayışını tә’min edәn adam hesab edә bilәrәm. Nisbәtәn deyirәm, çünki bizim qazancımız (Qәrbdәkinә nisbәtdә) o qәdәr dә çox deyil. Hәlә restoran aça bilmirәm.

Dibrov: Sizin hәrtәrәfli biliklәrinizә valeh olmuşam. Necә oldu ki, Dibrovun bütün suallarına cavab verә bildiniz? Deyirlәr, siz o qәlәbәni satın almısınız vә bu da mümkündür. Heç inanmıram ki, siz “neolit”lә “polimelit”in fәrqini bilәsiniz.

Qoqolla Hegeli bir-birindәn fәrqlәndirә bilirәm. Mәn institutu fәrqlәnmә diplomu ilә bitirmişәm. Bilmirәm, mәnim intellektimlә bağlı “şübhәli fikirlәr”iniz haradandır. Amma sizi çox maraqlandırırsa, deyә bilәrәm ki, neolit – eradır; polimelit isә xәstәlik adıdır. Guman edirәm, bu xәstәlik sizin intellektinizә elә bir ziyan vurmayıb. Dibrovu satın almaq mümkün deyil. O çox ağıllı, dәrrakәli adamdır, әqidәcә artistdir, üstәlik kazakdır. Yә’ni prinsipiallığı yüksәkdir. Ümidvaram ki, yanlış fikirlәriniz mәnim mahnılarımı dinlәmәyinizә mane olmayacaq.

Yeganә: Hörmәtli Faiq, әvvәla, Dmitri Dibrovun şousundakı qәlәbәniz münasibәtilә sizi tәbrik edirәm. Mәn hәlә konsertdә idim vә çox istәyirdim ki, bizim uludzlar udsunlar. Sualım belәdir: Aygün Kazımova ilә sizin toyunuzu bütün respublika sәbirsizliklә gözlәyirdi. Әksәriyyәt (o cümlәdәn dә mәn) bu söhbәti reklam tryuku hesab edirdi. Bәs әslindә necә idi? Yә’ni doğrudanmı, KİV-in göstәrmәmyә cәhd etdiyi kimi münasibәtdәriniz korlanıb?

Yox, әtrafımızdakı bә’zi adamların istәyinә zidd olaraq münasibәtlәrimiz korlanmayıb. O evlәnmәk mәsәlәsi adi bir oyun idi. Şәxsi mәsәlәrdә eşlәnmәkdәn әl çәkmәyәn yalançı jurnalistlәri cәzalandırmaq istәmişdik. Şәxsi hәyatımız barәdә gәzәn şayiәlәrә münasibәt bildirmәkdәn cana doymuşduq vә bu qәrara gәldik ki, qoy jurnalistlәr (söhbәt әlbәttә ki, әsl peşәkarlardan getmir) özlәrini aldadılmış hiss etsinlәr vә bizim kimi әsәblәşsinlәr. Vәssalam.

Oyuncu: Dibrovla oyunda hәmkarlarınız sizi pis vәziyyәtdә qoydular. Afişada adları göstәrilәn müğәnnilәr niyә oyunda iştirak etmәdilәr? Bu hadisәdәn sonra onlara münasibәtiniz necә olacaq? Axı o adamlar sizi “zibilә saldılar”. Yaxud da onlar elә biliblәr ki, siz onları pis vәziyyәtә salmaq istәmisiniz.

Oyuna mәnim әsl dostlarım gәlmişdilәr. Әvvәlki hey’әtin iştirak etmәmәsinin sәbәbini isә onların özlәrindәn soruşmaq daha mәqsәdәuyğündur. Onlardan tәkcә Aygün Kazımova yetirәncә inandırıcı sәbәblәr söylәmişdi. “Zibilә salmağa” gәlincә, oyunda iştirak edәnlәr tamamilә әmin oldular ki, bu, adi bir şou idi. Vә orada hәr hansı bir “kriminala” yol verilmәmişdi.

Mәn: Sizcә, Eldar Mansurov mahnınızı Aygünlә Samirә vermәklә sizdәn intiqam alıb?

Allah bilir. O adama qarşı mәnim kinim yoxdur. Bir dә ki, hәr şeyi yerbәyer etmәyin mәqamı çatıb. Söylәdiyiniz kimi olsaydı, mәni çox kәdәrlәndirәrdi.

Pәri: Faiq, zәhmәt olmasa deyin, ilk qazancınız nә olub?

İlk qazancım ilk tәqaüdüm olub. İnstitutda oxuyanda eyni vaxtda üç tәqaüd – biri ә’laçı olduğuma görә, ikisi isә xüsusi tәqaüdlәr idi. Üçü bir yerdә 110 rubl edirdi. O pula iki mahnı yazdıra bilirdim (tәxminәn 60 rublluq), әyin-baş alırdım vә taksidә gәzirdim.

Şahin: Әgәr hәr hansı siyasi partiya tәklif etsә ki, seçkiqabağı kampaniyasında iştirak edәsiniz, razı olarsınızmı? Vә bu partiyanın platforması sizi maraqlandırarmı? Vә daha bir sual mümkünsә deyin, hansı partiyanın seçki kampaniyasında iştirak etmәk vı onun qәlәbә çalmasına kömәk etmәk istәrdiniz?

Son seçki kampaniyasında eyni vaxtda bir neçә namizәd – A. Mәmmәdxanov, M. İbrahimbәyov vә N. İbrahimov mәnә müraciәt etdilәr ki, onlara kömәk edim. Mәn şәxsi rәğbәtimә görә, onların seçkiqabağı aksiyasında iştirak etdim.

Klakson: Hörmәtli Faiq, sәhvetmirәmsә, әvvәlki maşınınız “Mersedes” idi, indi isә kompakt bir “Honda” sürürsünüz. Maşınınızı niyә dәyişdiniz?

İş belәdir ki, ümümiyyәtlә, mәn, dәyişikliyi sevәn adamam. Kataloqda “Honda CRV” cipinin şәklini görәndә, sadәcә, bu maşina vuruldum; o da mәnim hisslәrimi bölüşür.

İlham Abdulla: Sizin öz stiliniz varmı? Paltarlarınızı hansı mağazadan alırsınız?

Stilistim var. Adı F. Ağayevdir. Amma vaxtaşırı olaraq peşәkarların yardımına müraciәt edirәm. 1995-96-cı illәrdә “Harmoniya” moda evi ilә әmәkdaşlıq edirdim. Sonradan (1998-dәn bugünә qәdәr) F. Ağayev küçәsindә “Andrey” kişi geyimi mağazası ilә işlәmәyә başladım. Son ayda mәnim üçün iki son dәrәcә gözәl köynәk hazırlayan Sәbinә Hüseynin yaradıcılığına valeh oldum. Mәn onu sevirәm.

R, Babayev: Sizә elә gәlmirmi ki, sәhnәdә olduğunuz müddәtdә bir neçә peşәkәr “pa” etmәyi öyrәnә bilәrdiniz. Siz isә mahnı oxuyarkәn musiqidәn әzab çәkәn rәqqaslar kimi atılıb düşürsünüz.

Tәәssüf ki, sizin nә ixtisas sahibi olduğunuzu bilmirәm. Amma mәn mütxәssis iradını qәbul edә bilәrdim. Tort bişirmәyi bacarmayan kәsin hәmin tortu hәzm-rabedәn keçirmәsi asan işdir. Ola bilsin ki, mәnim sәhnә hәrәkәtlәrim xoşunuza gәlmәsin, amma mәncә, siz sualınızı daha әdәbli şәkildә tәqdim edә bilәrdiniz. Onda başa düşәrdim ki, mәnim xeyrimә danışırsınız. Tәәssüf, danışıq tәrzinizdәn belә görünür ki, bütün bunlar sizin vecinizә deyil. Ona görә dә, zәhmәt olmasa, lazımsız mәnfi emosiyarla özünüzü üzmәyin. Ümid edirәm ki, nә vaxtsa siz dә mәnim çoxsaylı prәstişkarlarımın ordusuna qatılacaqsınız. Qurban bayramı münasibәtilә Sizi, 8 mart münasibәtilә dә sevdiyiniz qadınları tәbrik edirәm.

Kәrim: Әliyevlә Köçәryanın Paris danışıqları haqqında nә düşünürsünüz? Qarabağ münaqişәsinin nizamlanmasıyla bağlı son mә’lumatları izlәmisinizmi? Siz özünüz sülh tәrәfdarısınız, yoxsa müharibә tәrәfdarı?

E. Namazovla T. Zülfüqarovun tәklifini bәyәnirәm. Hesab edirәm ki, istisna olaraq yalnız “düşmәn daş ilә, sәn düşmәni aş ilә” prinsipi ilә yaşamaq olmaz. Yeri gәlәndә hәrdәn güc tәtbiq etmәk dә lazımdır. Bunu hәyat mәnә öyrәdib.

Seva: Mәharibә başlasa, cәbhәyә gedәcәksinizmi? Heç olmasa gedib qoşunlarımızın qarşısında konsert verәcәksinizmi?

Bәli.

Qulam: Azәrbaycan estradasının görkәmli nümayәndәsi olmaqla yanaşı (bu isә bir qәdәr cәsarәtlilik demәkdir) belә bir fikir var ki, Faiq Ağayev müәyyәn mә’nada geridә qalmışdır. Mәsәlәn, kәbin mәsәlәlәrinә son dәrәcә konservativ münasibәtiniz var. Nә üçün? Bu nә oyundur? Hamıdan fәrqlәnmәyә cәrd edirsiniz?

Yox, demәzdim ki, geri qalmışam. Mәn proqressiv konservatoram. Hәr halda, mәnim üçün müәyyәn toxunulmaz dәyәrlәr var. Amma lazımsız, vaxtı ötmüş mәsәlәlәr dә var ki, onların üstündәn birdәfәlik xәtt çәkmәk lazıidır. Axı siz istәyirdiniz ki, seçdiyiniz xanımın ilk sevgilisi olasınız? Bu, mәnim dә istәyimdir. Bu mәsәlәdә geriqalmışlıq bir cәhәt görmürәm.

Anonim: Faiq hansı kluba rәğbәt bәslәyirsәn vә ümumiyyәtlә, azarkeşlik edirsәnmi?

Tәәsuf, futbola o zaman maraq göstәrirәm ki, bizim yığma hansısa rәqibilә üzlәşsin. O zaman vәtәnpәrvәrlik hissinә görә azarkeşlik edirәm. Belәdә isә futbola marağım yoxdur.

Anonim: Necә qızları bәyәnirsiniz? Sizin qadın idealınız necәdir?

Ağıllı gözәllәr. Deyim ki, çox nadir hallarda belә olur, amma ağıllı. Hәm dә gözәl qadın daha maraqlıdır.

Siqaret çәkәn: Hansı siqareti çәkirsiniz?

Yalnız “Virginia Slims-Mentol”.

Rossini: Ünvanınıza söylәnәn tә’rif, yaltaqlıq vә tәnqid. Bunlara münasibәtiniz necәdir?

Tә’rif dinlәmәk xoş olsa da, özümü bir qәdәr narahat hiss edirәm. Yaltaqlığı göydә tuturam vә ona münasibәtim dә soyuqdur. Yalnız konstruktiv tәnqidi qәbul edirәm.

Faiq Ağayev: (forum getdiyi vaxtda müğәnni birdәn xahiş edir ki, onun adındın İnternet auditoriyasına sual verilsin): Mәnim intelektimә şübhәylә yanaşan şәxs indi necәsiniz? Çoxdandır sizi fikrinidәn daşındırmışam? Hәr halda, sәmimi qәlbdәn buna inanıram. Sizi sevirәm. Hәr mәqamdan baş çıxaran arif bәndәniz Faiq Ağayev.

Metallist: Musiqidәki rok cәrәyanını bәyәnirsinizmi? Әgәr belәdirsә, hansı rok-qrupların әsәrlәrini dinlәmәyә üstünlük verirsiniz?

Rok-balladaları xoşlayıram. Mәsәlәn, “Eagles” qrupunun ifa etdiyi “California”nı.

Biznesmen: Faiq, nә qәdәr pulun var? Geyim-kecimin pis deyil; xarici maşında gәzirsәn. Belә çıxır, şou-biznes heç dә qeyri-sәrfәli sahә deyil.

Deyәsәn, sizi dә pulunuz kifayәt qәdәrdir. Әgәr İnternet-forumda iştirak edirsinizsә, demәk, heç dә ücüz olmayan kompüter almağa, yaxud da hәr hansı İnternet-kluba getmәyә pulunuz çatır. Amma sizin maddi vәziyyәtinizlә mәn maraqlanmıram. Hә, şou-biznes savadlı musiqiçini vә şoumeni saxlamaq iqtidarındadır.

Әli: Salamlar! Saç formanızı dәyişdirmәk istәrdinizmi? Başınızdakı “quş yuvası” (bağışlayın, kәkiliniz) lap biabırçı gündәdir!

Saçımın indi belә pis gundә olmasının bir sәbәbi var – bu gün (foruma gәlmәmişdәn qabaq) beş saat sәrasәr başımda bәy papağı olub. Mәsәlә burasındadır ki, AVA teleşirkәti “Novruz bayramı” şәnliyi üçün әsrin әvvәllәrinә uyğun bir tamaşa kimi әylәncә proqramı hazırlayır. Bağışlayın, saçımı qaydaya salmağa macal tapmamışam. Çox sağ olun.

Kәrim: Faiq, hansı kitabı oxuyursunuz? Sizin stolüstü kitabınız varmı?

“Stolüstü kitab” termini mәnim xoşuma gәlmir. Elә tәsәvvür yaranır ki, insan hәyatın hansı mәrhәlәsindәsә donub qalıb. Çox oxuyuram vә müxtәlif әsәrlәr oxuyuram. Çingiz Abdullayevin yaradıcılığına rәğbәtim var – kitabları tәk. Bakıda yox, hәm dә Bakıdan çox-çox uzaqlarda satılan (bir azәrbpycanlı kimi bunula fәxr edirәm) ә’la yazıçıdır.

K. Quliyev: Gәlәn hәftә parlament seçkilәri keçirilsәydi, siz hansı partiyaya sәs verәrdiniz?

Mәn o adamlara sәs verirәm ki, onların ideyasını özümә yaxın hesab edirәm.

Hәmidov: Bizim mәdәniyyәt nazirirn işinә münasibәtiniz necәdir? Onun gördüyü işlәr iste’dadlı ifaçıları sıxışdırmır ki?

Qәtiyyәn. Mәhz Mәdәniyyәt Nazirliyinin sayәsindә mәn vә bir neçә hәmkarım beynalxalq müsabiqәlәrdә iştirak etmişik, başqa glkәlәrdә keçirilәn Azәrbaycan mәdәniyyәti günlәrinә qatılmışıq. Bu, ayrı mәsәlәdir ki, nazirlik kifayәt qәdәr vәsait ayırmaq iqtidarında deyil. Ölkә büdcәsindәki müvafiq göstәricәni nәzәrә alsaq, bunun sadәcә, real olmadığı aydın olar.

Fuad: Qadın – qadın çantası kimidir; heç vaxt axtardağan şeyi orada tapa bilmәzsәn. Qadınlarda axtardığınız nәsnәni tez-tezmi tapa bilirsiniz?

Qadın çantasında axtardığını tapmayan adam o kәs ola bilәr ki, çantanın içindәkilәrdәn bixәbәr olsun. Ona görә qabaqcadan dәqiq bilmәlisәn ki, nә axtarırsan – kredit kartı, prezervativ vә ya nişan üzüyü. Әgәr sonuncu yoxdursa, onda cәsarәtlә hәrәkәt etmәk olar.

Riad: Hörmәtli Faiq! Xarici ifaçılardan hansı biriylә duet oxuman istәrdiniz? Hansı mahnını oxuyadınız? Әgәr sizi kinoya dә’vәt etsәydilәr, hansı rola çәkimәk istәrdiniz? Hansı aktyorla (aktrisayla) tәrәf-müabil olardınız?

Yәqin Corc Maykl vә ya Madonna ilә. Kinoda, çox güman, Bred Pitt, Kianu Rivz vә Culiya Robertslә.

Nuray: Dostluğu necә başa düşürsünüz? Hәmkarlarınızın bir-birinә münasibәti çәtin ki, dostluq kimi anlaşılsın.

Dostluq – e’tibardır, qarşılıqlı yardım vә qarşılıqlı güzәştdir. Dostluq mәhәbbәt kimi bir hissdir. Bir kәslә dostluq etmәk üçün vacib deyil ki, o sәnin hәmkarın olsun, Hәrçәnd, mәnim hәmkarlarım arasında da dostlarım var. Dostluq – Tanrının bәxş etdiyi bir mükafatdır; hәyatdakı hәrәyәtlәrinә görә layiq bilindiyin bir mükafat.