"Mәtbuat" bölümünә qayıtmaq üçün.    

Faiq Ağayev:
“Nә etsәm dә – pәrәstişkarlarımı tәәssüflәndirmәrәm”

Gündәlik xәbәrlәr
17 avqust 1996



Faiq, zәhmәt olmasa, özün barәdә danış.

Ulduz falı üzrә Oğlaqam. 1971-ci ildә Bakıda 61-li doğum evindә anadan olmuşam. 1978-ci ildә 175¹-li mәktәbdә oxumağa başlamış, 1986-cı ildә isә fransız dili 46¹-li mәktәbә keçmiş vә orada 9-10-cü siniflәrdә riyazayyat tәmayüllü siniflәrdә oxumuşam. Ә. Hüseynzadә adına Azәrbaycan Dövlәt İncәsәnәt Universitini fәrqlәnmә diplomu ilә bitirmişәm. Universitetdә oxuduğum müddәt әrzindә müxtәlif müsabiqәlәrdә olmuşam. Üç respublika vә iki beynalxalq müsabiqәnin laureatı olmuşam.

Faiq, hansı müәllimlәrini iftixar vә minnәtdarlıq hissi ilә xatırlayırsan?

Cәnnәt Sәlimovu, Rafiq Atakişiyevi, Yaşar Nuriyevi, Cahangir Novruzovu vә әlbәttә ki, hamının sevimlisi, mәnim isә mәftun olduğum Şәfiqә xanım Mәmmәdovanı.

Faiq, hansı ili yaradıcılığınızın zirvәsi hesab edirsiniz?

Bilirsiniz, insan psixologiyası belәdir ki, bu gün bir şeyә nail olanda, sabah nә isә başqa bir yeniliyә vә daha böyuk işә can atır. Bu isә mәndә hәr dәfә müxtәlif yaradıcılıq planları ilә bağlı olur. Son dәfә yaradıcılıq zirvәsini 1995-ci ildә fәth etmişәm. K. Şuljenko adına Xarkov müsabiqәsindә iştirak edәndә. Çox mö’tәbәr müsabiqә idi, o mә’nada ki, orada yalnız beynәlxalq müsabiqәlәrin laureatları çıxış edә-bilәrdilәr. Bax, beynәlxalq müsabiqәdә mәnim növbәti qәlәbәmi vә üçüncü dәfә “laureatlağım”ı zirvә adlandıra bilәrәm.

Faiq Ağayev insanlarda mәhz, hansı keyfiyyәtlәri mәhz, hansı keyfmyyәtlәri qiymәtlәndirir?

İnsanlarda mәn düzlüyü, sәmimiliyi. Dostlarda isә e’tibarәn olmağı qiymәtlәndirirәm.

Siz nәyi bağışlaya bilmәzsiniz?

Mәn hәr şeyi bağışlaya bilәrәm, yalnız xәyanәtdәn başqa. İnsanlarda olan bu keyfiyyәtә nifrәt edirәm.

Bir müddәt keçdikdәn sonra siz başa düşdünüz ki, insanı bağışlaya bilmәzsiniz. Nә baş verdi?

Hәyatda belә olmuşdur… Mәnimlә hәmişә çoxlu sayda adamlar işlәmişlәr vә onların arasında kimsә, haçansa mütlәq mәni satmışdır.

Faiq, ilk dәfә professional sәhnәyә çıxdığınız vaxtı xatırlayırsınızmı?

İlk dәfә professional sәhnәyә 1988-ci ildә çıxmışam. Bu sәhnә, indi Respublika Sarayının sәhnәsi idi. “Baka payızı-88” müsabiqәsi keçirilirdi.

Faiq Ağayev olmağınıza görә kimә minnәtdarsınız?

Nә qәdәr qeyri-tәvazә’kar sәslәnsә dә – Faiq Ağayevә! Öz inadarlığıma, dözümümә. Lakin yaradacılıqda elәlәri var ki, kimә minnәtdaram. Bu Mәdәniyyәt Naziri Polad Bülbüloğludur. O, lazım olan anda mәnim iste’dadıma inandı. Bu yaxında klipinizin montacı başa çatmışdır. Bu barәdә danışın … Bu da mәnim özümә özünәmәxsusi hәdiyyәm oldu. 1994-cü ildә bәstәkar Gülәr Hәsәnova vә şair Sabir Rüstәmxanlı mәnә tәklif etdilәr ki, “Sәni әvәz elәmir” mahnısı ifa edim. Mәn heç gözlәmirdim ki, mahnı populyar olacaq vә onun әsasında klip çәkәcәyәm. Lakin necә deyirlәr: “Gec olar, güc olar!”

Klipin maliyyә xәrclәrini öz üzәrinә kim götürmüşdür?

Mәnim lap köhnә dostlarım, hansılar ki, 1992-ci ildәn mәnә kömәk göstәrirlәr. Bu – Beynәlxalq “İnterqeo-Tetis” Elmi-Texniki Kompleksidir. Çox sağ olsunlar! İndi mәn onların sayәsindә inamla deyә bilәrәm ki, Faiq Ağayevin klipi vardır. Televiziya işçilәrinin, jurnalistlәrin, tamaşaçıların indiyә qәdar yerli “kliplәr” adlandırdıqlarını, mәn hәmişә inadla “musiqi nömrәlәri” adlandırmış vә yenә dә adlandıracağam. İndiki zamana qәdәr Bakıda maksimum 4-5 professional çәkilmiş klip vardır ki, onlardan da biri mәnimdir. Vә mәn, bu klip üzәrindә mәnim ilә birgә işlәyәn adamlara minnәtdaram. Onlar – rejissor Nailә Әkbәrova, operator Әlövsәt Aslanov, mәnim komandam vә Qala kәndinin sakinlәridirlәr. 12 saatlıq çәkilişlәrә dözmüşlәr.

Siz özünüzә mahnıları hansı me’yarlara görә seçirsiniz? Vә hansı bәstәkarlara işlәyirsiniz?

Mәn melodiyanı, sözlәri sevmәliyәm. Onlar mәnә tә’sir etmәlidirlәr. Әsasәn, Eldar Mansurov, İlham Abdullayev vә Gülәr Hәsәnova ilә işlәyirәm.

Mahnılarınızı kim aranjirovka edir?

Yaşar Baxışov. Yeri gәlmişkәn, o öz aranjımançı karyerasını mәnim mahnılarımdan başlamışdır.

Faiq, sevgi mahnılarını oxumaq asandır, yoxsa vәtәnpәrәvәrlik?

Heç bir fәrqi yoxdur. Vәtәnpәrvәlik mahnısında dә mәhәbbәtdәndanışılır. Vәtәnә mәhәbbәtdәn. Lakin әgәr insana qarşı sevgidә qәmkin, şәn, ciddi, zarafatcıl olmaq mümkünsә. Vәtәnә mәhәbbәtdә isә hәmişә ciddi olmaq lazımdır.

Öz şәxsi hәyatınız barәdә nә danışa bilәrsiniz?

Şәxsi hәyat kifayәt qәdәr gәrgindir. Mәn sevmәyi bacaran adamam, xoşbәxtlikdәn düzәltmә sevgi ilә yox.

Repertuarınızda elә mahnılar varmı ki, xarakterinizi tam әks etdirә bilsinlәr?

Vardır…

Tez-tezmi sizin üçün ağrılı olub?

Belә olub. Lakin unutmaq üçün, mәn işlәrlә mәşğul olmuşam.

Hansı mahnınız sizi öz sözlәrinә vә musiqisinә görә ağlatmağa mәcbur etmişdir?

Elә mahnılar var ki, dәlicәsinә xoşuma gәlir: “Bir daha”, “Unutma mәni”, “Sәni әvәz elәmir”, “Ola bilmәz”. Lakin hәlә ki, ağlamamışam.

Faiq, nәdәnsә qorxusunuzmu, mәsәlәn, rәqiblәrdәn?

Mәn yalnız Allahdan vә hәyatda müәyyәn yeri tutmaqdan qorxuram. Rәqiblәrә gәldikdә isә, mәn onların mövcud olacağından qorxmuram, sadәcә, indiki vaxtda onlar yoxdur. Rәqabәt – yaradıcılıqda әvәzedilmәz stimuldur.

Sizә pәrәstiş dәn qızla romanın olacağı imkanını qәbul edirsinizmi?

Әgәr siz “roman” mәhfumunun arxasında eşqbazlığı deyil, sevgini nәzәrdә tutursunuzsa, niyә dә olmasın?

Faiq bu ilin dekabrında 25 yaşınız tamam olur. Hansı hәdiyyәni qәbul etmәk istәrdiniz?

Hәr bir şeyi. Bu il arzu edirәm ki, mәnә ilk növbәdә avtomobil bağışlasınlar, sonra da videomaqnitofon vә Çingiz Abdullayevin “Seçilmiş әssәrlәri”ni. Ümumiyyәtlә, nә bağışlasalar, minnәtdarlıqla qәbul edirәm. Yaxın günlәrdә özüm-özümә hәdiyyә etdim: tanınmış “SHURE” firmasının radiomikrofonu aldım. Çünki, tamaşaçılar isә ipsiz, “tet-a-tet” münasibәtdә olmaq istәyirәm.

Faiq, gәlәcәk üçün planlarınız barәdә danışın.

Mәn ümumiyyәtlә, mövhumatçıyam vә gәlәcәk planlar barәdә danışımağı sevmirәm. Bir şeyi deyim: nә etsәm dә, pәrәstişkarlarımı tәәssüflәndirmәrәm.

Mühasibә üçün çox sağ olun, Faiq. Sizә estrada “ulduzları” arasında “Ay” olmağı arzu edirәm.

Çox sağ olun. Allah elәsin.