|
|
||
|
|
FAİQ AĞAYEV QADINLARA NİFRӘT EDİR Xәyanәti isә bağışlamır |
|
|
Üç nöqtә 18 yanvar 2001 << back Biletlәr bir hәftә әvvәl satışa buraxıldı - Solo konsertimdә iştirak edәnlәrin rәyinә görә, konsert yüksәk sәviyyәdә keçdi. Respublika sarayının zalı da tamam dolmuşdu. Adәtәn biletlәr konsert başlamazdan iki hәftә әvvәl satışa buraxılır. Tәşkilati problemlәrlә әlaqәdar konsertimin biletlәri bir hәftә әvvәl satışa buraxıldı. Buna baxmayaraq, hamısı alınmışdı. Onu da qeyd edim ki, konsertimdәn müәyyәn qәdәr gәlir әldә tmәyimә baxmayaraq, şәxsi sәrmayәlәrim da getdi. Dünya sәhnәsinә addım atmağın zamanı çatıb - Bu yaxınlardı Türkiyәnin populyar müğәnnisi Sәrdar Ortac Bakıya gәlmişdi. Onunla tanış oldum. Bir şeyin şahidi oldum ki, xaricdәn gәlәn müğәnnilәr bizim qәdәr әziyyәt çәkmәdәn bizdәn qat-qat çox para qazanırlar. Ancaq öz ölkәmizdә bunu qazana bilmirik. Sonra S.Ortacla çalışdığım Әylәncә Mәrkәzindә görüşdüm. Artıq o, sәnәtim barәdә ilkin mәlumatlar almışdı. Sәrdar mәnә dedi ki, "Burada nә üçün qalmısan. Sәn artıq dünya sәhnәsinә addım atmalısan". Bu fikir ağlıma batdı. Әvvәlcәdәn demәk düşmür, ancaq gәlәgәkdә ola bilsin ki, bunu reallaşdırım. "Nikolay onluğu"nu itirib - Konsertim zamanı xoşagәlmәz hadisә dә oldu. Yaxın dostlarımdan biri sәhnәdә olarkәn mәnә "Nikolay onluğu" hәdiyyi etmişdi. Konsert zamanı bir neçә kostyum dәyişdim vә o zaman onluğu itirdim. Bu mәnә çox pis tәsir göstәrmişdi. Sadәcә, hәdiyyә olduğuna görә mәnә tәsir etmişdi. Konsertin sәhәri ad günum idi. Hәmin gün dostlarımdan birinin toyunda oxuyurdum. Toydan әvval musiqiçilәr başıma yığışıb mәni tәbrik etdilәr. Kollektivin rәhbәri hәdiyyәlәrni tәqdim etdi. Dedilәr ki, çox fikirlәşdik sәnә nә alaq, qәrara gәldik "Nikolay onluğu" hәdiyyә edәk ki, yeni әsrә itki ilә getmәyәsәn. Sәnәtә görә Tibb Universitetini tәrk edib - Artıq 13 ildir ki, sәhnәdәyәm. "Bakı payızı-88" müsabiqәsi ilә ilk dәfә peşәkәr sәhnәyә qәdәm qoydum. Ondan әncә isә 6 il özfәaliyyәt ansamblında çalışmışdım. Ancaq uşaqlıqda incәsәnәtә o qәdәr dә hәvәsim olmayıb. Hәkim olmaq istәyirdim. Ondan әvvәl diplomat olmaq fikrinә düşmüşdüm. Orta mәktәbi bitirәndәn sonra N. Nәrimanov adına Tibb Universitetinin nәzdindә fәaliyyәt göstәrәn "Gәnc tәbib" klubunda tәhsil aldım. Hәmin klubda tәhsil alarkәn ilk dәfә bir insanın yzәrindә aparılan cәrrahiyyә әmәliyyatında iştirak etdim. Başa düşdüm ki, başqasının ağrısını öz ağrım kimi qәbul edirәm. Elә hәmin gün Tibb Universitetini tәrk etdim vә bir daha geri qayıtmadım. Evlәrindә Faiqi boykot ediblәrmiş - Sonra sәnәdlәrimi İncәsәnәt Universitetinә verdim vә daxil oldum. Elә hәmin ildә "Bakı payız-88" müsabiqәsindә iştirak etdim. Maraqlısı odur ki, valideynlәrim hәmin müsabiqәdә iştirakıma razı deyildilәr. Mәnә deyirdilәr ki, onsuz da yerlәr әvvәlcәdәn bölünüb vә kimlәrin dә qalib gәlәcәyi bәllidir. Ancaq onların heç birinin sözlәrinә qulaq asmırdım. Bir neçә ay evdә mәni boykot etdilәr. Ailәmizdә böyük qardaşımdan başqa heç kәs mәnimlә danışmırdı. Müsabiqәdә qalib çıxandan sonra başa düşdülәr ki, arzularımı hәyata keçirmәyi bacaran adamam. Diplomat müğәnni - Müğәnni olsam da, içimdә hәlә dә diplomatlıq qalıb. Kolleqalarım arasında mәnim bir lәqәbim var. Bütün xarakterli insanlarla ünsiyyәt qurmağı bacaran adam olduğum üçün mәni diplomat adlandırırlar. Yeri düşәndә onlar mәnim danışıq qabiliyyәtimi, xüsusilә dә Azәrbaycan dilindә sәlist danışmağımı qeyd edirlәr. Hәrdәn zarafatyana mәnә deyirlәr ki, sabah müsahibә verәcәyik. Bizә ünvanlanacaq suallara necә cavab verәk? Faiqlә Brilliantın pәrәstişkarları onları dost görmәk istәyir Maraqlıdır, görәsәn, insanlarla sıcaq münasibәt qurmağı bacaran Faiq Ağayev necә oldu ki, birdәn-birә Brilliant Dadaşova ilә mәhkәmәdә görüşmәli oldu? - Mәni diplomatlığım olmasaydı, bәlkә dә bu, daha çirkin bir forsa alardı. Ancaq әsrin sonunda qәlbimә dәyәn bütün insanları әfv etdim. Әslindә mәhkәmәdә görüşmәmiz bizә uğur gәtirmәdi. Bu, hәm Brilliant xanım üçün, hәm dә mәnim üçün bir mәğlubiyyәt oldu. Çünki biz 8 milyonluq Azәrbaycan xalqının qarşısında bir hәmkar, dost kimi deyil, dava-dalaş salan müğәnni kimi çıxış etdik. Pәrәstişkarlarımız yetәrincәdir. Onlar bizi dost kimi görmәk istәyirdlәr. Ola bilәr ki, Brilliant xanıma barışmaq üçün ilk әl uzatmağım birmәnalı qarşılanmasın. Hәr halda, mәn kişiyәm. Әgәr qadına, sәnәtçiyә qarşı sayğımı vә yeni әsrә davasız-küsülsüz getmәk istәyimi kimsә mәğlubiyyәt kimi qәbul edәrsә, o insanlara yazığım gәlir. Davalarının şiddәtli olmasını istәyәnlәr dә olub - O zaman Vahid Әziz, Nüsrәt Kәsәmәnli çox cәhd göstәrdilәr. Ancaq onlarla bәrabәr davamızın şiddәtli formasını istәyәnlәr vә Brilliant xanımın qulağına pıçıldayanlar da oldu. Yaxşı ki, o zaman әtrafımda elә adamlar yox idi. Birinci olmağı sevir - Hәr bir sahәdә birinci olmağı sevirәm. Üç il dalbadal ilin әn yaxşı kişi müğәnnisi olmuşam. Üç ay әrzindә iki illik iş görmüşәm. Solo konsert verdim, yeni albom, klip çәkdirdim. İnternet saytı yzәrindә çalışdım. "Qrand", "Humay" müsabiqәlәrindә çıxış etdim. SPİD-ә qarşı proyekt gerçәklәşdirdim. Daha sonra әlil uşaqlara konsert verdim. İnanıram ki, mәn başqa sәnәt dә olsaydım, birinci olardım. Xәyanәti bağışlamır - Xәyanәti qәbul etmir, mәnә xәyanәt edәn insanları da bağışlamağı bacarmıram. Ancaq tәәssüflәr olsun ki, hәyatda istәr sevdiyim, istәrsә dә birgә çalışdığım insanlar mәnә dәfәlәrlә xәyanәt ediblәr. Heç kәsә sevdiyi insanlar tәrәfindәn xәyanat olunmasını arzulamazdım. Hәmin mәqamda nәlәr çәkmişәm, onu bir Allah bilib. Sanki hәmin an insan ölür. Yenidәn dünyaya "qayıtmaq" üçün üzün bir vaxt lazım gәlir. Sevdiyim insan mәnә xәyanәt edәndә, onu fikrimdәn çıxara bilmirәm. Yatanda da, duranda da onu fikirlәşirәm. Xәyanәti qazanacaq iş görmür - Mәnim qәribә xasiyyәtim var. İlk dәfә gördüyüm insanlara hәddәn çox inanıram. Hәtta onları özüm üçün ideallaşdırıram da. Ağlıma belә gәlmir ki, bu insan mәnә nә zamansa xәyanәt edә bilәr. Ümumiyyәtlә, xәyanәti qazanacaq bir hәrәkәt etmirәm. Bilmirәm, ola bilәr günah mәnim özümdә olub. Lakin hәmin adamı mәhәbbәtdә, nәvazişdә qane edә bilmәdiyim üçün üzünü başqa tәrәfә yönәltmәsinә dә qәtiyyәn inanmıram. Qadınlara nifrәt edirәm - Analarımızdan, bacılarımızdan üzr istәyirәm. Qadınlara nifrәt edirәm. Sәnәtimlә bağlı daim restoranlarda, barlarda, diskotekalarda oluram. Hәmin yerlәrdә çalışandan gözәl sima, dolu cib görәn qadınların utanmadan, hәya etmәdәn özlәrini "tәklif" etmәsini görmüşәm. O zamandan qadınlara nifrәtim artıb. Cәmiyyәtin müxtәlf tәbәqәlәri ilә görüşәn adamlardanam. Sizdәn vә oxucularımızdın üzr istәyirәm, elә fahişәlәr var ki, onlar bığıbrma kişilәrimizdәn dә qeyrәtlidirlәr. Ancaq elә ev qadınları var ki, ailәsi, hәyat yoldaşı ola-ola min oyundan çıxır. Mәn bu cür qadınları necә sevә bilәrәm? Cibidolu kişilәrin başına gәlәnlәrlә mәn dә rastlaşmışam. Ancaq mәn suğay da, ailәli dә olsaydım, heç zaman elә qadınları qәbul etmәzdim. Başqasının bәdbәxtliyi üzәrindә öz xoşbәxtliyini quran insanları qәbul etmirәm vә hәmin qadını sәmimiliyinә dә inanmıram. Bir xarakterim dә var, heç zaman sevdiyim qadınla onun valideynlәri vә dostları arasına girmәrәm. Faiqin sevgi macәraları - Sevdiyim insandan ayrı düşdüm. Hәmin qadından 13 yaşlı oğlum da var. Onun hәyatı puç olmasın deyә, atalıqdan imtina etdim. Yaşadığımız cәmiyyәt imkan vermәdi ki, biz oğlumuza valideynlәri olduğumuzu söylәyәk. O, ana olduğunu desә dә, mәn atalığımı gizlәtmәli oldum. Ayrılmağımıza sәbәb valideynlәri oldu. Onlar bir yerdә olmağımıza mane oldular. Qızlarını başqasına әrә verdilәr. O zaman mәnim 17, hәmin qızın isә 16 yaşı vardı. Ancaq sevdiyim qızın nә valideynlәri, nә dә әri onun hamilә olduğunu bilmәdilәr. İndiyә qәdәr dә bilmirlәr. Vәhşicәsinә qısqancdır Hәr bir adi insanın hәyatdә ehtiyac duyduğu bir çox şeylәr var. Görәsәn, günün çox hissәsinin restoranlarda, әylәncә mәkanlarında keçirәn müğәnni işdәn evә yorğun qayıdarkәn әn çox nәyә ehtiyac duyur? - Mәn Oğlaq bürcündә anadan olmuşam. İnanıram ki, Allah nә zamansa istәdiyimi göndәrәcәk. Sevdiyim qadın yaraşıqlı vә sәdaqәtli olmalıdır. Hәddәn artıq qısqanc adamam. Sevdiyim qadını vәhşicәsinә qısqanıram. Sevirәm ki, mәni dә qısqansınlar. Sәnәtçilәr arasında da sevdiyim qadın olub. Ancaq onun adını çәkmәyәcәm. Çünki bu, kişilikdәn olmaz. Kişi qadının adını pak saxlamağı bacarmalıdır. Sәnәtçi vә siyasәt Faiq bәyin siyasәtә münasibәti çox normaldır. Hәtta sәnәtçilәrin millәt vәkili iddiasında bulunmalarına da adi hal kimi baxır. - Әgәr insanın әqli, zәkası dünya görüşü buna imkan verirsә, niyә dә olmasın. Ancaq statist olmaq üçün parlamentә getmәk uğursuz sәnәtçilikdәn dә pisdir. Mәn Heydәr Әliyevi siyasәtçi kimi qәbul edirәm vә ona inamım da çoxdur. İsa Qәmbәrә dә insani simpatiya bәslәyirәm. |
||