|
|
||
|
|
“İstәyirәm mәni әzizlәsinlәr…” Faiq Ağayev “sol” gedәndә hәmdәmini daha çox sevir |
|
|
Avropa 18 mart 2000 << back Hәmkarlarımdan biri söylәmişdi ki, Faiqlә söhbәt edәndә dilimizin zәngin olduğuna bir daha әmin olursan. Bir müğәnni üçün yüksәk sәslәnәn deyimdi, elә deyilmi? Bunu qәsdәn elәmirәm ki. Sadәcә, hәmişә yaxşı oxumuşam; mәktәbdә dә, institutda da müәllimlәrim xәtrimi çox istәyiblәr. Bir dә ki, mütaliәyә hәvәs göstәrmişәm – söz “baqaj”ının yığılmasına da yәqin elә bunlar tәsir edib. Bәs ekspromt sualları cavablamaqdan necә, qorxmursunuz ki? Orta mәktәb kursu hәcmindәdisә, qәtiyyәn! Onda özünüzü gözlәyin! Sualım sadә olduğu qәdәr dә mürәkkәbdi. Mәn hazır? Bir üstә gәl bir peçә edәr, sizcә? Zarafat edirsiz? Ciddi soruşuram. Tәbii ki, iki. Qәti sözünüzdü? Min faiz! Bugünkü söhbәtimizdә bu bәrabәrliyin doğru olmadığını sübüt edәcәyik. Özü dә sizinlә birlikdә! Deyirsiniz, mәntәqi kәnara qoyaq? Bәyәm mәhәbbәt mәntiqә sığan şeydi? Yenә sarı sim? Bir üstә gәl biri ikiyә bәrabәr olmağa qoymayan elә sarı simdi dә. Yәni enişli-yoxuşlu hәyat yolunda iki tanrı bәndәsi düzgün tapışıblarsa, bir-birini tamamlamalıdılar. Bu mәnada Faiq Ağayev artıq bütövdu, ya yox? Bu gün sevirәm vә sevilirәm. Son solo konsertinizdә xeyli pәrişan görünürdünüz, Fәrdi söhbәtdәsә şәxsi problemlәriniz olduğunu da soylәmişdiniz. Problemlәr, doğrudan da, varıydı. Hәmin xanımla aralandınız? Yox, barışdıq. Birinci aldımı kim atdı? Yәni necә oldu barışdınız? Tәbii ki, mәnim şәrtlәrimlә. Ağır şәrtlәr qoymuşdunuz? Yox. Sadәcә, haqlı, әdalәtli şәrtlәr idi. Mәncә, insan sәhv edirsә, sәhvini etiraf etmәyi bacarmalıdı, etiraf edirsә, kәrәk lazım olanda üzr dә istәyә bilsin. Sevdiyiniz xanımı üzr istәmәyә mәcbur etdiniz? Mәcbur etmәdim, buna müvәffәq oldum. Hansı tәsir metodları ilә? Yәni bütün müxtәlif yolları ola bilәr: tutaq ki, iqtisadi tәzyiq vә ya hәdә… Allah elәmәsin. Belә şeylәr mәnlik deyil. Ayrılıq özü çox şeyi yoluna qoyur. İndi dә belә oldu. Bu metod, deyәsәn, çox karınıza gәlib. Bir dәfә dә istifadә etmişәm. Onda da şәxsi münasibәtlәrimdә problem yaranmışdı; çıxıb getdim Moskvaya – düz bir ay buralarda görünmәdim. Qayıdanda isә başa düşdüm ki, hәmin adama qarşı tamailә laqeydәm. Demәk, hisslәrim dә aldadıcı imiş, hәqiqi deyilmiş. O, başqa bir eşq macәrasıydı? Hә, indiki deyildi. Çox olub belә macәraların sayı? Mәn bunu macәra adlandırmazdım. Mәsәlәn, 1992-ci ildә hәyatımda ilk dәfә әsl mәhәbbәtә tuş oldum. Düz iki il özümü dünyanın bәxtәvәri sandım. Sonra keçdi o hissәlәr. Amma bir şeyi deyim: indiyәdәk heç olmayıb ki, ayrıldığım xanımlardan düşmәn kimi aralanım. Rastlaşanda da köhnә dostlar kimi görüşürük. İlk sevginiz nә vaxt olub bәs? Lap uşaqlıqda. 175 nömrәli mәktәbin birinci sinfindә oxuyurdum; bir partada әylәşdiyim qıza vurulmuşdum. Ürәyim gedirdi onuncün. Arada xәstәlәndim; tәxminәn 2-3 hәftә dәrsә getmәdim. Görüşәndә bilirsiz nә oldu? Öpüşdük! Tәsәvvür edirsiniz? Sovet vaxtı ciddi mәktәb intizamı hara, öpüşmәk hara? O hadissә әsl sensasiya çevrilmişdi. Bәs qadınla kişinin dostluğuna necә baxırsınız? Mümkün olan işdi? Niyә dә olmasın? Amma qadın dostlarım hәmişә mәnә görә başağrısı çәkiblәr. Niyә? Çox yaxın bir dostum vardı; aramızda yaş yarım fәrq olardı. Eyni mәktәbdә oxumuşduq, sonra eyni instituta daxil olduq. Möhkәm dost idik. Qızın ailәsi, qardaşları, elә bizimkilәr dә bu dostluqdan xәbәrdar idilәr. Bәs başağrısı nәydi? İstәdiyi oğlan vardı; heç cür bizim münasibәtlәrimizi qәbul edә bilmәdi. Qısqandı qızı mәnә. Axırda bilirsiniz neynәdi? Qızı da götürüb apardı Bakıdan; köçüb getdilәr. Ümumiyyәtlә, xoşunuza gәlirmi ki, qadınları sizә qısqansınlar? Yox, ürәyimcә olmur. Amma xoşum gәlir ki, mәni qısqansınlar. Elә özüm dә möhkәm qısqancam. Bir dә nәyi xoşlayıram? İstәyirәm, gündә yuz dәfә “sevirәm” sözünü deyә bilim; eyni etirafı eşitmәk dә xoşuma gәlir. Bir dә istәyirәm mәni daim әzizlәsinlәr. Nәvaziş mәnim incә yerimdi. Hәmdәmimdәn dә bunu tәlәb edirәm; başqa heç nәyi yox. Mәni sevdiyim kәsin nә var-dövlәti maraqlandırır, nә ailәsi, nә әsli nәcabәti. Әsas odu ki, mәnim istәsin, başa düşsün. Eqoistlik deyil bu? Niyә ki? Axı mәn özüm dә elәyәm. Sevdiyim adama hәr şeyi qurban vermәyә hazıram. Şәxsiyyәtinizi dә? Bütün varlığımı. Faiqin bugünkü hәmdәmi kimdi? Adının açıqlanmasını istәmәzdim. Niyә? Yәqin hissәlәrinizә tam әmin deyilsiniz? Elә deyil. Başqa sәbәb var. Mәşhur olmağın xoş cәhәtlәri olduğu kimi çәtinliklәri dә var, axı. Mәn istәmәzdim ki, hәmin xanım hәr hansı diskomfort keçirsin; adam arasına çıxanda özünü yığışdırsın ki, bәs deyәrlәr Faiqin istәdiyi qız, misalçün, saçını bu tәrәfә yox, o tәrәfә ayırıb. Görünür, özü tanınmış deyil. Yox, musiqi alәmilә heç bir әlaqәsi olmayan bir xanımdı. Ailәniz münasibәtlәrinizә necә baxır? Әlaqәlәrimiz o sәviyyәdә deyil ki, anama bu haqda mәlumat verim. Tezdi hәlә. Ümumiyyәtlә, bu gün dәbdә olan vәtәndaş nikahlarına münasibәtiniz necәdi? Bir vaxtlar iki insan bir-birini sevdiyi halda rәsmi sәnәdә nә ehtiyac var? – düşünürdüm. Sonradan münasibәtim dәyişdi: yәni iki nәfәr arasında hәr şey aydındısa, rәsmi sәnәdnәdi? Amma orası da varki, belә münasibәtlәri dәstәklәyәnlәrә qarşı da çıxmıram. Necә yaşınız var? 28 Ailә qurmaq fikriniz yoxdu hәlә? Belә fikrә düşsәniz, ailәnizin mövqeyilә hesablaşacaqsınız? Mәnimçün ailә institutunun әhәmiyyәti çox böyükdü. Bir-iki fakt deyim; onda böyük-kiçiyә münasibәtim oxucuya da aydın olar. Bu yaxınlarda atamın 60 illik yubileyini qeyd edirdik. O mәclisdә içki içmәk üçün atamdan xüsusi icazә istәdim; onun yanında dilimә içki hadissә dә oldu. Qardaşımla gizlincә bayıra çıxdıq ki, siqaret çәkәk. Bu vaxt eşitdim ki, o biri masada mәnim adımı çәkirlәr, nәsә tost söylәyirdilәr. İçәri kedim ki, görüm danışan; tәlәsdiyimdәn siqareti atmağı unutmuşdum. İnanırsınız, atamı görәn kimi әlimi dәrhal arxamda gizlәtdim. Yәni belә münasibәtlәrin hökm sürdüyu ailәdә böyüklәrin sözü tәbii ki, yerә düşmәyәcәk. Amma orası da var ki, anam hәmişә mәni arxayın salır. Deyir, kimi istәsәm, etiraz etmәyәcәklәr. İdeal Azәrbaycan qadınını neçә görürsünüz? Nәrgiz Cәlilova kimi! Hәm gözәllikdә, hәm qabiliyyәtdә, hәm istedadla, hәm dә dostluqda tayı-bәrabәri yoxdu. Nәrgiz xanım hәm dә işgüzar xanımdı deyә belә bir sual da verim: feminizmә münasibәtiniz? Olduqca pis! Mәncә, qadın evin kandarından keçәndәn sonra o evin xanımı olmalıdı; bayırda vәzifә-mәnsәb sahibi olsa belә. Ev evdi; evin bir böyüyü olar. Bugünkü Azәrbaycan kersәkliyi isә kişini evdә bir az diligödәk edir; mәn dolanışıq naminә qadınını küçәyә-bazara yollayan işsiz soydaşlarımızdan danışıram. Әgәr kişinin imkanı varsa, amma işlәmirsә, belә adama kişi saya bilmәrәm. Ümumiyyәtlә, nifrәt edirәm alfonslara. Mәndәn olsa, cәmi alfonsları bir yerә yığıb cәzalandılardım. Xәyanәtә necә baxırsınz? Deyirlәr, kişinin xәyanәt etmәsi mәqbuldur, qadınınkı yox. Siz dә bu fikirdәsiniz? Mәncә, hәr iki halda insan özünü aldadır. Yәni heç xәyanәt etmәmisiniz? Olub belә şeylәr. Amma inanın ki, belә gedişlәr yalnız sevgilimin xeyrinәdi. Elә niyә? Çünki hәr dәfә “sol” gedәndә hәmdәmimi daha artıq sevirәm; başa düşürәm ki, mәnә elә o lazımdı, başqaları yox. |
||