Faiq Ağayev rinqә çıxacaq

Maraqlı Qәzet
20 oktyabr 2000


<< back

Adım Xәyәlәdir. 18 yaşım var. Bilmәk istәrdim ki, siz qızlarda hansı xüsusiyyәtlәrә üstünlük verirsiniz?
İlk növbәdә zahiri gözәlliyi xoşlayıram. Qız, qadın gәrәk gözәl olsun әn әsası da, qadınların sәdaqәtli olmağını vacib sayıram. Ağıl, zәka da öz yerindә. Mәnә elә gәlir ki, cavabım sizi qane etmәlidir.

Dunya xәzinәsinin açarını nәdә görürsünüz?
Tükәnmәyәn tamaşaçı alqışı, mәhәbbәti, mәnә olan sevgisi. Bütün bunlar mәnim üçün dunya xәzinәinin açarı kimi bir şeydir. Alo, Faiq. Ofadır sәni narahat edәn. Әzizim, mәn sәnә can sağlığı arzulayıram. Qoy sәsin hәmişә ucadan gәlsin. Qızım sәni çox sevir. Adı pәrvindir. O da bu gün işdәn sәnә elәyәcәkdir. Qızınıza salam deyin.

Kәmalәdir danışan. Mәnim 18 yaşım var. Sualım belәdir. Sizin sevdiyiniz qız varmı?
Hal-hazırda mәnim ürәyim bomboşdur.

Niyә elә?
Ürәyimә müvәqqәti olaraq istirahәt vermişәm.

Bir sual da verim sizә. Sevdiyiniz qızı necә görmәk istәrdiniz?
Mәnim özümü, sәnәtimi vә ailәmi sevәn gözәl, nәcib bir xanım mәnim ürәk param olacaq.

Faiq, mәnim adım Xanımdır. Sizin pәrәstişkarlarınızdanam. Bilmәk istәrdim, “Maraqlı qәzet”dә gedәn seriallar hәqiqәtdir, yoxsa?
Bilirsiniz, bu, ssenari üzrә yazılmış bir әhvalatdır, serialdır. Hadissәlәr dә hәyatda yox, mәtn üzrә cәrәyәn edir. Yaqin ki, çox xoşunuza gәlib, ona görә dә maraqlanırsınız. Hәlә bundan da maraqlı, gözәl seriallar gözlәnir.

Yәni baş verәn hadissәlәr sizin hәyatınızdan sәhifәlәr deyil?
Çox, canım. Yenә deyirәm, bu, ssenari üzrә çәkilmiş serialdır.

Faiq, salam. Adım Pәrvindir. Bayaq anam sizә zәng elәmişdi. Biz ailәlikcә sizin pәrәstişkarınızıq. Bilmәk istәrdim, solokonsertiniz nә vaxt olacaq?
Xanım, mәn hәr il eyni vaxtda konsert verirәm. Bu il dә solo-konsertim öz ad günümdә – dekabrın 29-da olacaq. Özü dә tәk solo-konsert yox, hәm dә sonuncu albomumun tәqdimetmә mәrasimi keçirilәcәk. Hәlәliksә sağ ol. Konsertdә görüşәnәdәk. Faiq, günortan xeyir. Nigardır sizi narahat edәn. Mәnim heç bir sualım yoxdur. Bircә etirafım var: mәn sizin yaradıcılığınızın vurğunuyam. Elә bu ruhda da davam edin. Mәn sizi çox sevirәm. Nigar, xoş sözlәrinә görә çox sağol. Çox sevinirәm ki, sәnin kimi gözәl pәrәstişkarlarım var.

Salam, danışan Faiqdir?
Bәli, xanım. Özünüzü tәqdim edin.

Mәn Lәmanam. Sizi sevәn pәrәstişkarlarınız üçün belә bir imkan yaratdığına görә, “Maraqlı qәzet”ә öz tәşәkkürümü bildirmәk istәyirәm. Mәn şer yazıram vә belә hesab edirәm ki, әgәr siz mәnim mahnılarımı ifa etmiş olsaydınız, özümü hәyatda әn xoşbәxt insan sayardım. Buna etiraz etmәzdiniz ki?
Mәnim heç bir etirazım yoxdur. Biz sәninlә bu qәzet vasitәsilә әlaqә saxlaya bilәrik. Şerdәrini gәtir. “Maraqlı qәzet”in әmәkdaşları onu mәnә çatdırarlar.

Aygündür danışan. Sualım belәdir. Sәnәtin bu zirvәsinә gәlib çatmaqda kimә borclusunuz?
Bu sәviyyәyә gәlib çatmağımda ancaq vә ancaq özumә borcluyam. Mәnә heç kim kömәk etmәyib. Әksinә maneәlәr çox olub. Amma bütün bunlarla yanaşı, mәn hәr şeyә dözmüşәm. Tәbiidir ki, mәn bәstәkarlarımı, şailәrimi, elәcә dә Mәdәniyyәt Nazirliyini yaddan çıxarmıram. Onların mәnә çox kömәyi olub. İstәrdim әn çox sevdiyiniz mahnılarınızdan birini oxuyasınız. Aygün, burda oxumağım düzgün çıxmaz. Yaxşısı budur, siz mәnim konsertimә gәlin. Mәn sizin üçün bir yox, lap on beş mahnı oxuyum.

Faiq, adәtәn 15-20 yaş hәyatın gәnclik dövrü, 25-30 yaş dünyanı dәrketmә dövrü, 45-50 isә ahıllaşma dövrü kimi qәbul edilir. Siz indi hansı dövrü yaşamaq istәrdiniz?
Dediyiniz kimi dövrdә qalmaq istәrdim. Dünyanın o qәdәr sirlәri var ki, necә ömür yaşasan da, onları aça bilmәzsәn daha doğrusu, bacara bilmәzsәn.

Faiq, verәcәyim sual hәm sadә, hәm dә mürrәkkәbdir. Niyә evlәnmәk istәmirsәn?
Subaylıq sultanlıqdır. Hәlә 28 yaşım var. 30 yaşımı gözlәyirәm. İnşallah, evlәnsәm, toyuma sәni dә dәvәt edәrәm.

Sizi Aysel narahat edir. Faiq, keçәn günlәrinizi qaytarsaydılar, gәlәn günlәrinizi qurban verәrdinizmi?
Canım, mәnim hәlә nә yaşım var ki, keçәn günlәrimdәn danışım. Mәnim hәlә irәlidә o qәdәr gözәl günlәrim var ki, saysız-hesabsız. Sizin sualınızı cavabsız qoymamaq üçün onu qeyd edә bilәrdim ki, keçmişә qayıda bilsәdim, çox demirәm, bir azca başqa cür yaşayardım.

İkinci sualım belәdir. “Maraqlı qәzet”dә gedәn serialda siz hansı qızı sevirsiz?


Sәncә, hansım sevmәliyәm?
Sualı mәn verdim. Seriala qalsa, mәn Nigarı sevirәm. Nailә dә çalışır ki, mәni ondan ayırsın. Axırda nә olacaq, hәlәlik deyә bilmәrәm. Ancaq әsas maraqlı hissәlәr qabaqdadır. Odur ki, “Maraqlı qәzet”i izlә. Peşman olmazsan.

İndiki hәyatınızdan necә, razısınızmı?
Tam da olmasa, razıyam. Hәm razı, hәm dә narazı. Bir dә ki hәyatından tam razı olan insan tanımıram.

Faiq, sizinlә danışan Sevdadır. Sizә bir sualla müraciәt etmәk istәrdim. Özünüz özünüzsüz qala bilәrsinizmi?
Yox, siz nә danışırsınız, Sevda xanım. Mәn özüm üçün müğәnni Faiq Ağayevәm. Bu sәnәtsiz, valideylәrimsiz, sizin kimi pәrәstişkarlarımsız yaşaya bilmәrәm.

Mәnim adım Güneldir. İlk dәfә professional sәhnәyә hansı mahnı ilә çıxmısınız?
Eldar Mansurovun İbrahim Göyçaylının sözlәrinә bәstәlәdiyi. “Әn әziz gün” mәhnısı ilә çıxmışam sәhnәyә. O gündәn dә sizlәr üçün çalışıram. Ümid edirәm ki, sizlәrә hәlә çox xidmәt edәcәyәm.

Faiq, mәnim üçün çox maraqlıdır. Deyә bilәrsinizmi, sevmәk asandır, yoxsa sevilmәk?
Әn asanı sevmәkdir. Hünәrin varsa sevil. Qarşılıqlı sevgini qazanmaq çox çәtindir. Dünyanın әn mәşәqqәtli әzabına duçar olsan da, sevmәk istәmәyәn sevmәyәcәk. Odur ki, dәrindәn-qabıqdan çıxmalısan sevgini qazanmaq üçün.

Bәs siz necә, sevmәyi bacarırsınızmı?
Siz nә danışırsınız, әgәr mәn Faiq Ağayev sevmәsәydim, heç belә oxuya bilәrdimmi? Mahnılarımın demәk olar ki, yüz yox, iki yüz faizi sevgiylә doludur. Sevgisiz yaşamaq mümkün olmadığı kimi, sevgisiz oxumaq da mümkün deyil. Sizә bundan belә dә sevgidәn yoğrulmuş mahnılar oxumağı arzulayıram. Mәn dә öz növbәmdә sizә sevgi dolu hәyat arzulayıram.

Faiq, danışan Sәmadır. Mәnim sizә bir sualım var. ANS-dәn eşitmişәm ki, siz üzünüzdә plastik cәrrahiyyә әmәliyyatı etmәk istәyirsiniz?
Bu suala radioda verdiyim cavab, yәqin ki, yadınızdadır? Dedim ki, bunların hamısı uydurmadır. Bilirsiniz, indi çoxları sensasiya yaratmaq xatirinә mәtbuatda vә ya televiziyada bu cür şayiәlәrә yol verirlәr. Heç şübhәsiz, burda peşәkar jurnalistdәn söhbәt getmir. Mәn yenә dә tәkrar edirәm, öz xarici görkәmimdәn son dәrәcә razıyam. Bәlkә dә 50 ildәn sonra qocalmaq üçün bu cür әmәliyyata yol verә bilәrәm. İndi isә buna lüzum görmürәm.

Mәn sizi pәrәstişkarınızam. Adım Nigardır. Bimәk istәrdim ki, yeni albomunuz nә vaxt çıxacaq?
Allah qoysa, bu ilin axırında.

Bildiyimiz kimi, mәşhur türk müğәnnilәrinin çoxu teleseriallarda çәkilir. Sizә dә belә tәklif olunsa, razılaşarsınızmı?
Hәlә ki, mәnә qәzet seriallarında çәkilmәk tәklif olunub. Teleseriala isә tәklif almamışam. Alsam, yәqin etiraz etmәrәm. Amma yadınızdadırsa, “Bir cәnub kәndinә” filmindә bir obraz – “Qaqaş” obrazını yaratmışam. Alo, Faiq, Ayladır danışan. Mәn vә ailәm sizi çox sevirik. Biz sәnin videokasetini almaq istәrdik. Sonuncu konsertimin videokaseti audio albomumla bәrabәr ilin axırında çıxacaq.

Adım Fәrhad Manıyevdir. Bilmәk istәrdim, qazanc yeriniz elә ancaq sәnәtinizdir?
Ancaq vә ancaq. Mәnim nә mağazam, nә restoranım, nә barım var. Ancaq sәsim var. Adım Nәrminәdir. Sizi çox istәyirik. Mahnılarınızın vurğunuyuq. Faiq istәrdik ki, bir dәfә dә yolunuzu Naxçıvandan salasınız. Bununla bizi, pәrәstişkarlarınızı sevindirmiş olardınız. Naxçıvanda ilk dәfә bu yaxınlarda oldum. Oralar çox xoşuma gәldi. Adamları da mehribandır. Mәndәn Naxçıvan camaatına salam söylәyin.

Telefon xәttindә Sonadır. Deyilәnә görә, Faiq Ağayev plastik cәrrahiyyә әmәliyyәtı edib. Bu doğrudurmu? Hәm dә siz axır vaxtlar televiziya ekranlarında çox gec-gec görürsünüz. Özü dә sizin bu cәrahiyyә әmәliyyatına ehtiyacınız va mәgәr?
“Spase” vә ABA telekanallarında tez-tez görünürәm. AzTV1 dә hәrdәn bir, keflәrinә düşәndә verilişlәrә çağırırlar mәni. O ki qaldı cәrrahiyyә әmәliyyatına, әgәr belә fikrә düşsәm dә, buna vaxtım olmayacaq. Bütün yayı “Xәyal” restoranında işlәmişәm. İndi dә Bakı Әylәncә Mәrkәzindәyәm. Heç bir әmәliyyata da ehtiyacım yoxdur. Sizi “Portofino”dan narahat edirlәr. Tahirәdir adım. Bizim kollektiv sizi hәddindәn artıq sevir. Sizin vә mahnılarınızın pәrәstişkarıyıq. Sizdәn bir xahişimiz var. Tezliklә evlәnin, biz dә sizdәn әl çәkәk. Siz nә danışırsınız, heç qoyarammı ki, mәndәn әl çәkәsiz? Mәndәn әl çәksәniz, hәyatımın mәnasını itirәrәm. Mәndәn bütün “Portofino” kollektivinә salamlar.

Adım Dilarәdir. Siz ananızı nә vaxt sevindirәcәksiniz?


Bu gün sizә nә olub? Hamı bu sualla müraciәt edir. Bәlkә bir tәklif elәmәk istәyirsiniz?


Maşınızın markasını bilmәk istәrdim. Hansı markadır?
“Mersedes”

Yeni kliplәriniz olacaq?
Bu şәnbә yeni klipin çәkilişlәrinә başlayırıq.

Sizi narahat edir Vahiddir. Mәn özüm musiqiçiyәm. Zәrb alәtindә çalıram. Hansı mahnı üzәrindә işlәyirsiniz?
Bu yaxınlarda radioda yeni bir mahnım sәslәnәcәk. Müәllifi Novruz Aslanovdur. Buyurub qulaq asa bilәrsiniz.

Faiq, sәnin sәsinin pәrәstişkarıyam, Allah-tәala sәnin sәsinә toxunmasın. Mәnim adım Sayralda xanımdır. Sәni mәnә sevdirәn xoş sәsin, gözәl mahnılarındır. Sәnә yaşadığın ömrünün beş o qәdәr artmasını arzulayıram. Allah sәsini qorusun. Bildiyin kimi, indi tanınmış sәnәtkarlar Azәrbaycanı tәrk edirlәr. Oğlum, sәnin necә, bu haqda fikrin var?
Bilirsiz, mәn hәr yerdә işlәmәyә, konsert vermәyә hazıram. Müvәqәti olmaq şәrti ilә. Amma qalmaqdan söhbәt belә gedә bilmәz. Vәtәnimi tәrk etmәk ağlıma belә gәlmir. Arxayın olun.

Faiq, otkyabrın 24-dә Respublika Sarayında konsert olacaq. Bilmәk istәrdim ki, orada hansı mahnıları ifa edәcәksiniz?
Mәn orda Xanım İsmayılqızının mahnılarını oxuyacağam.

Mәsәlәn hansını?
Mәsәlәn, “Özünә qurban, sözünә qurban”.

Olar sizdәn bir şey xahiş edim?
Buyurun.

Mahnıları ifa edәn zaman deyin ki, bu mahnıları, ancaq zalda әylәşәn qızlar üçün oxuyuram. Yadınızdan çıxmaz ki?
Yox, çıxmaz.

Faiq, Azәrbaycandakı populyarlığınızı özünüz hamıdan yaxşı bilirsiz. Cavanlar tәrәfindәn dә sevilmәyiniz hamıya mәlumdur. Nә üçün siz qәhramanlıq, vәtәnpәrvәlik haqqında mahnılar oxumursunuz?
Mәn belә mahnıları bәstәkarlardan gözlәyirәm.

Siz “Qızıl şlyager” mükafatının laureatı kimi Qarabağ döyüşündә vuruşmağa, Milli Qәhraman olmağa hazırsınızmı?
Sәmimi sözümdür, mәn hәr şeyә hazıram. Әgәr Allah-tәala mәni Milli Qәhrәman payı yazıbsa, yәqin ki, olacağam. Vәtәn çağırsa, hәmişә hazıram. Mәn hәkimәm. Sizin tibb işçilәrinә olan münasibәtinizi bilmәk istәrdim. Bilirsiz, mәn az qala özüm dә tibb işçisi olacağdım. Tibb Universitindә bir il oxumuşam. Sonra musiqi mәnim hәkim olmaq arzumu yox elәdi. Apardı mәni öz arxasıyca. Amma mәnim tibb işçilәrinә çox böyük hörmәtim var.

Xoşbәxtsinizmi?
Әlbәttә ki, xoşbәxtәm.

Zәhra Paşayevadır sizi narahat edәn. Sizә bir neçә sualım var. Hәyatda әn çox kimә borclsunuz?
Atama vә anama. Onlar mәni dunyaya bәxş ediblәr.

Siz neçәnci ildәn sәnәt alәmindәsiniz?
1988-ci ildәn bu sirli alәmdәyәm.

İndiki Bakını necә görürsünüz?
Bakı zahiran gözzәllәşib. Yeni-yeni tikililәr artır, parklar salınır. Bütün bunlar әladır. Amma Bakının әvvәllәr çox gözәl әdәb-arkanı var idi. Bax, indi o itib. Bakının heç bir şәhәrә bәnzәmәyәn tәrbiyәsi var idi, indi o itib, o yoxdur.

Sizә kim sponsorluq edir?
Heç kim. Mәnim sponsorum özümәm.

Sәnin әn әziz, әn mәşhur mahnın hansıdır?
Bütün mahnılarım mәnim üçün әzizdir. Ancaq “Sәni әvәz elәmir” mahnısı әn sevimlidir.

Bilmәk istәrdim, siz hansısa bir xeyriyyә konserti verirsinizmi?
Әlbәttә olur. Mәni dәvәt elәyiblәr, mәn dә iştirak elәmişәm.

Adım Günәşdir. Bilmәk istәrdim ki, yaxın günlәrdә yaradıcılıq planlarınız nәdәn ibarәtdir?


Tezliklә “Dәşti” klipinin çәkilişinә başlayacağıq. Sonra mәnә iki layihә tәklif ediblәr. Rusiya eleviziyasında “Musiqli rinq” adlı bir veriliş var. Tәxminәn o sәpkilidir. Baxmısınızmı?


Bәs rinqdә kiminlә iştirak edәcәksiniz?
Kiminlә olur-olsun, fәrqi yoxdur.

Özünüzә rәqib görmürsünüz?
Kişi müğәnnilәrdәn yox.

Bәs qadınlardan kiminlә duet oxumaq istәrdiniz?
Flora Kәrimova, Nәrgiz Cәlilova ilә oxumuşam. Nisә Qasımova vә İlhamә xanımla oxumaq istәrdim. Mәn sizi Aygün Kazımova ilә birlikdә görmәk istәrdim. Bәlkә nә vaxtsa bu, reallaşa bilәr, hәlәliksә yox. Sizә uğurlar arzulayıram. Sağ olun.

Mәnim adım Lalәdir. Sualım belәdir әgәr bir gün sizin yanınıza gәlib desәm ki, alın mәni qәmin, kәdәrin әlindәn, nә edәrsiniz? Mәnә nә mәslәhәt verәrdiniz, hansı musiqi ilә mәni ovudardınız?
Әzizim, Lalә. Mәhәbbәt – bu, dünyanın özülüdür. Qәmin, kәdәrin әlindәn sәni almaq olar, amma qәmin dә, kәdәrin dә özündә bir mәhәbbәt yatır. Yәni mәhәbbәtsiz dünyada heç nә baş vermir, hәmçinin nә qәm, nә dә kәdәr.
Әldә bir qәdәh şәrab sәni әvәz elәmir,
Şәkillәrdәn baxışın sәni әvәz elәmir,
Hәsrәtli xatirәlәr sәni әvәz elәmir.


İncәsәnәt Universitinin kinoşünaslıq fakültәsinin keçmiş tәlәbәsi Gülnarә Zeynalovadır sizinlә danışan. Yaxşı müğәnni yaxşı da dinlәyәci olmalıdır fikrinә münasibәtiniz?
Bu, әsasәn mәnim әhval-ruhiyyәmdәn asılıdır. Xalq musiqisini dinlәmәyi çox sevirәm. Mәnim üçün musiqinin iki göstәricisi var. Rübabә xanımın, Şövkәt xanımın lent yazılarından mәnәvi hәzz alıram.

Sizin musiqidәn, sәhnәdәn kәnardakı hәyatınız necәdir?
Olduqca insanpәrvәr, qonaqpәrvәr, dostluqda sadiq bir insanam. İmkan olan kimi çalışıram ki, dostlarımla bir yerdә olam. Amma vaxtın özündәn vaxta çox şikayәtim var. Boş vaxtların hәsrәtindәyәm.

Salam, danışan Aygüldür. “Maraqlı qәzet”in son sәhifәsindә gedәn seriala görә nә vaxtsa sevdiyiniz qıza hadisәlәri açıqlamağa hazırsınızmı?
Aygül xanım, mәn elә bir qız sevәcәyәm ki, o mәni ilk baxışdan başa düşsün. Artıq söz-söhbәtlәrә, dedi-qodulara aludә olmasın. Belә bir qız mәnim idealım ola bilәr. Vә mәn әminәm.