 |
|

|
|
Sevgiyә ehtiyacım var
|
|
AZADLIQ
22-24 yanvar 2000
Mәhәbbәtdәn asılı insanam mәn, sevәndә dağı dığ üstә qoyaram
Solo konsertinizlә hәm dә 2000-ci ilin ilk böyük şou proqramını keçirdiniz. Konsert uğurlu keçdi – buna söz yox, amma ola da bilәrdi ki, millenium ab-havasından tәzәcә silknib çıxan camaatın nәinki pulu, heç hәvәsi dә olmayaydı ki, bir elә çal-çağırdan sonra solo konsertә tamaşa edә. Onda konsert 2000-ci ilin ilk “proval”ına çevrilә bilәrdi. Bu risq payını nәzәrә almamışdınız?
Yox! Heç ağlıma da gәtirmirdim. Çünki bilirdim ki, konsert yaxşı alınacaq – 100 faiz әmin idim buna.
Nәyә görә?
Lap adi ştrixlәri deyim sizә. Mәn dә bu şәhәrdә, bu camaatın arasında yaşayıram axı. Tәsadufәn rast gәldiyim tanımadığım adamlar da konsertin vaxtını xәbәr alırdılar. Konserti dekabra planlamışdım. Amma başqa bir proyektә görә lәngitmәli oldum.
Rinqә çıxmaq hәvәsini deyirsiniz? Doğurdan, o nә idi elә?
Hә, o rinq mәsәlәsi vaxtımı da, әsәblәrimi dә xeyli mәşğul etdi. Bilsәydim, әvәlcәdәn bu işә qol qoymazdım. Tәbiәtәn mәn bir balaca avantüristam – yaxşı mә’nada.
Avantürist
Yә’ni maraqlı proyektlәri, orijinal tәkliflәri göydә tuturam. Bu “Musiqi rinqi”ni dә mәnә tәklif edәndә çox fikirlәşmәdәn razılaşdım; hәr halda yeni forma idi; yarışma idi; azart idi; Niyә dә getmәyәydim? Öz gücümә da arxayın idim, pis çıxmasın, qәlәbәmә dә. Tәәssüf ki, tәşkilatçılar işin öhdәsindәn gәlmәdilәr. Sonradan bildim ki, demә, qızın iki adaxlısı var imiş. Yә’ni rinqin tәşkilatçıları iki nәfәr olub. Şәriklәrdәn biri mәnimlә danışıb; müqavilә da imzalammışdıq; hәr şey min dәfә ölçülüb-biçilmişdi. Sonra isә ikinci şәrik nәm-nüm elәmәyә başladı: şәrti dәyişmәk fikrinә düşdü.
Yәqin söhbәt prizdәn gedir?
Hә, әvvәlcә vә’d etmişdilәr ki, rinqdә kim qalib gәlsә, ona maşın hәdiyyә edәcәklәr. İkinci dәfә isә maşının әvәzinә elә gülmәli bir mәblәğ tәklif elәdilәr ki, heç müqayisәyә dә sığan deyil. Mәn isә belә şeyi qәbul edәn adam deyilәm. Yә’ni iş qiymәtdә deyil, diqqәtdә, danışıqdadır. Tәdbirә iki-üç gün qalmış şәrti dәyişmәzlәr axı. Tәmiz söhbәt deyil bu.
Amma belә dedilәr ki, guya Siz cığallıq etmisiniz ki, prizi әvvәlcәdәn sizә versinlәr …
Çox mәntiqsiz versiadır. Axı elә şey necә ola bilәr? Birdәn heç mәn qәlәbә çalmayaydım? Bәm o salona gәlәnlәr? Yeddi minlik publika fındıq-zaddı bәyәb? Elә ki gördülәr oyundan çıxıram, başladılar belә söz-söhbәt yaymağa; mәni isә tanıyır; bilirlәr ki, belә şeylәr xislәtimә yaddır.
Ara yerdә solo konserti lәngitdiniz…
Yenә dә rinqә görә. Fikirlәşdim ki, iki tәdbir eyni vaxtda keçsә, biri o birini “vuracaq”. Mәnim tamaşaçım onsuz da gәlәcәkdi solo konsertimә;
Rinq isә uduza bilәrdi
Konsertdә publika sizi әmәlli-başlı yormuşdu; “restavrasiya” prosesi necә, uzun çәkdi? Yә’ni özünüzә gәlә bilmisiniz?
Yorğunluq konsertәqәdәrki mәhәlәdәydi. Ssenari әvvәlcәdәk hazırlansa da, mahnılarımın ardıcıllığını son iki gündә tәrtib etmişdim. O proses yaman gәrgin keçdi. Bir dә geyim mәsәlәsi bir balaca “sıxırdı” mәni. Kostyumları yamanca gecikdirmişdilәr.
Sәhnә geyimlәrini haradan alırsınız ki?
“Andrey” kişi geyimi mağazası var, onlarla işlәyirik. Amma bu, xeyli uzun prosesdir. Әvvәl burada eskiz cızılır, göndәrilir baş ofisa, orada stilistlәr, modelyerlәr şlәyir, sonra gedir fabrikә. Bakıya hazır mәhsul formasında gәlib çıxır.
Yә’ni tәk bir nüsxәdә tikilәn modellәrdirr?
Hamısı.
Konsertiniz dә yәqin elә buna görә çox pul aparır. Ümumiyyәtlә, bizdә konsert biznesi necәdir; rentabellidir, ya yox?
Sponsor olsa, rentabellidir; sponsorsuz heç konsertdәn danışmağa dәymәz. Hәm dә qәribәdir ki, elә bir il-ildәn baha gәlir. Zövqlәr dә dәyişir axı.
Sponsorsuz konsert – mümkün deyil; sponsorsuz klip – o da elә; belә çıxmır ki, ulduzun elә nәfәs alması üçün dә grәk sposnosr olsun, maliyyә dәstәyi versin. Bәs öz qazancınız? Gәlirlәriniz nә qәdәrdir ki?
Hәr halda
Varlı adam deyilәm
Nә başqa gәlir mәnbәyim var, nә mağazam. Heç balaca budkam da yoxdur. Qazandığım toylardan, gündәlik çalışmamdandır – bunlar da zәruri xәrclәrimә, bir dә әn yaxınlarıma yardıma zorla yetir.
Gündәlik sәhnәniz dә var?
Oktyabrın 1-dәn hәr axşam Bakı Әylәncә Mәrkәzindә canlı proqramım olur.
Yorulursunuz?
Günorta düz 12-yә kimi yatıram. Konsert günü evә usta gәlmәliydi. Dedim, әgәr 12-dәn tez gәlsәniz, işdәn qovmaq nadir, әvvәlki işinizin dә haqqını vermәyәcәyәm. Birin yarısında gәlib çıxdılar.
“Evlәnmәk” sözünün kökü “ev” sözündәndir. Yә’ni ev varsa, qalr bir evlәnmәk. Barmağınızda üzük dә var – yoxsa
Namizәd
Mәsәlәsini hәll etmisiniz?
bu üzüyün çox qәribә bir tarixçәsi var. Nәnәmin üzüyüdür bu. Elә gözümü açandan görmüşәm ki, evimizdәki әn qiymәtli әşyalardan biri bu üzükdür. Bilirsiniz bu üzüyü anamla kimә göndәrmişәm? İlhamәyә!
İlhamә Quliyevaya?
İndi yox e, uşaq vaxtımda. Anam danışır, 4-5 yaşında olanda anama demişәm ki, bәs üzüyu saxla, mәn böyüyәndә İlhamәni alacağam, üzüyü dә ona apararsan.
O vaxtdaq sevәyәn olmusunuz?
Özü dә necә!
Mövzunu ciddi sәmtә keçirsәk…
E’tiraz elәmirәm. Sevgiyә, mәhәbbәtә ehtiyacım lap çoxdur. Tәbiәtәn
Mәhәbbәtdәn asılı
insanam mәn. Sevәndә dağı dağ üstә qoyaram. Pәrәstişkarların rәğbәti bir yana – bu, tamam başqa mәsәlәdir. Lap minlәrdә adamın sevgisi, münasibәti olsun; әgәr axşam evә dönәndә sәni sevәn, ilahilәşdirәn bir cüt gözlә rastlaşmayacaqsansa, inanın mәnә, hamısı boş şeydir.
Deyәsәn, lap sarı simә toxunduq? Bu sahәdә probleminiz olub?
Problemim yox, mәhәbbәtim olub – әsl, hәqiqi mәhәbbәtim!
Olub? Ğәs indi?
Ayırdılar bizi; aramızı vurdular. Bәlkә dә bu, taleyin qismәt payı imiş. Konsertim ayrılmağımızın düz bir ayının tamamına tәsadüf etdi.
Çәtin deyildi bәs?
Çox çәtin idi. Amma mәnim oyun qaydalarım başqadır: әgәr içimdәki sarsıntını başqalarıyla bölüşsәm, halım düzәlmәyәcәk ki? Sevgi mәnimçün tamam başqa bir dünyadır. O dünyanı itirdiyimi heç cür qәbul edә bilmirәm; alışa bilmirәm hәlә. Görünür, bunun da zamana ehtiyacı var.
Әgәr münasibәtlәrin pozulması belә faciәli qәbul edirsinizsә, bәlkә barışıq üçün ilk addımı Siz atasınız? Ümumiyyәtlә, günahları e’tiraf etmәyi bacarırsınızmı?
Günahım olanda e’tiraf da edirәm, lap üzr dә istәyirәm. Bu dәfә isә günah mәndә olmayıb. Allahın işini bilmәk olmur; bir dә görürsәn elә gözlәnilmәz işlәr çıxır ki, qalırsan mat-mәәttәl.
Keçmiş olsun. Gәlin başqa macәradan danışaq – son vaxtlar dәbә düşmüş mәhkәmә qaomaqallarından. Mәşhur proseslәrdәn birindә sizin dә adınız çәkilir. Orada siz
İddiaçı
Tәrәfsiniz, yoxsa cavabdeh?
Hәm iddiaçı, hәm dә cavabdeh.
Elә isә proseslәrә niyә getmirsiniz?
Kim deyir ki, getmirәm?! Qәribә bir situasiyaya düşmüşәm. Mәn mәhkәmәyә gedirәm, qarşı tәrәf gәlmir, qәzetlәr, radio bar-bar bağırır ki, bәs Faiq mәhkәmәdәn boyun qaçırır. Mәn olam, boyun qaçıram, gizlәnәm?! Әstәğfürullah! Belә deyil axı. Heç o konfliktin dә sәbәbkarı mәn deyilәm. Orada zәrbә mәnә vurulub; mәn tәhqir olunmuşam.
Faiq, Sizә elә gәlmirmi ki, iki adlı-sanlı sәnәtçinin çәkişmәk yox, bәrkişmәk mәqamı artıq yetişib? Mәni bir mәsәlә dә maraqlandırır – yә’ni sәhnә dostlarınız arasında heç barışdırıcı missiya ilә çıxış etmәk niyyәtinә düşәn olmayıbmı?
Әgәr günah mәndә olsaydı, dostlarım çoxdan mәnim qarşımı kәsәrdi; tәşәbbüskar mәn deyilәm axı. Sәnәt alәmindә mәnim lәqәbim bilirsiniz nәdi? Diplomat! Deyirlәr, münasibәtlәri korlamaq üçün bütün sәrt mәqamlardan asanlıqla ötüb keçmәyi yaxşı bacarıram. Brilyantın isә başqa sәnәtçilәrlә münasibәtlәri o hәddәdir ki, mәncә, heç ona söz demәk istәyәn dә olmaz. Demәk olar ki, bütün hәmkarlarıyla müxtәlif konfliktlәri olub. Kim qalıb ki? Mәnimsә konfliktlә aram yoxdur; sadәcә, şәxsiyәtim alçaldılanda özümü müdafiә etmәyi bacarıram.
Bәs hüqüqlarımı. Bә’zәn şәrait elә olur ki, haqlı olduğunu übüt edә bilmirsәn.
Olub belә şey?
Olub. “Bakı-Raks” şirkәtiylә sonuncu kasetimi hazırlayandın bircә hәftә sonra satışa
Pirat kasetlәri
Çıxarıldı. Özü da bunu hansısa kustarçı yox, rәqib firma elәmişdi. Qarşısını ala bildik ki?
Mübarizә aparmadınız?
Bir onu bacardım ki, onlarla әlaqәlәrimi kәsdim. “Bakı-Raks” tәşkilat olaraq bir şey edә bilmәyәndә, mәnim әlimdәn nә gәlәsiydi ki? İndi dә videokasetim peyda olub – “Faiq Ağayev – 2000. Seçmәlәr”. Tәbii ki, pirat malıdır; mәn heç ömrümdә videokaset yazdırmamışam.
Bәs nә sәbәbdәn piratçılığa qarşı bir iş görmürsünüz? Axı son nәticәdә zәhmәtinizi bir başqası oğurlayıb faydalanır, sәnәtçi isә qalır kәnarda …
Әgәr hәmin kasetlәrdәn mәnim qazancım olsaydı, bәlkә dә bu işә baş qoşardım. Bizim bazarda isә iş belә qurulur ki, mәn kasetin satışından heç bir pay götürmürәm; qazandığım yalnız tirajın müәyyәn faizi olu ki, firma onu mәnә hәdiyyә edir, mәn dә dost-tanışıma bağışlayıram, vәssalam. Amma tәzәlikcә bir tәklif almışam; firma özü kasetlәri hazırlayıb mәnә tәqdim edәcәk, satış işini dә mәn tәşkil edәcәyәm. Bax, onda bәlkә dә öz maraqlarımı qoruya bildim. Amma hәr halda tәk әldәn sәs çıxmaz. Bu işlә dövlәt sәviyyәsindә mәşğul olmaq lazımdır. Mәn bilmәliyәm ki, müәllif hüquqlarım qorunur.
Qanunla orunur axı…
Bizdә
Qanun var, icra mexanizmi isә …
Zәifdir. Lap köhnә vaxtlardakı kimi.
Köhnәlikdәn әl götürmәmәk elә öz canımızdadır deyәsәn. Bir vaxtlar bütün rәsmi konsertlәrdә oxunması vacib sayılan mahnı vardı – “Partiyamızdır”. Yaldınıza gәlәr yәqin: xor kapellası hәmişә böyük vәcdlә oxuyardı. Siz dә solo konsertinizdә bir “Azәrsell” mahnısını oxudunuz. Sizә elә gәlmirmi ki, mahiyyәtcә ğu, elә hәmin o “Partiyamızdır”ın davamı idi?
Qәtiyyәn yox. Mәnin dediyim nә idi? “Әn çәtin anda sәnin dadına yetәcәk “Azәrsell”! belә deyil mәgәr? “Azersell”dәn istifadә etmirik?
Mәnim dediyim başqa mәtlәbdir. “Azәrsell” Sizin klipinizi, iki konsertinizi maliyyәlәşdirib – çox gözәl. Amma gәrәkmәzmi, münasibәtlәr o sәviyyәdә qurula ki, sponsorrluq fәaliyyәti istәnilәn iş adamı üçün başucalığı ola, sәnәtçi üçün yox? Yә’ni nә vaxtsa bizim şou-biznesdә dә normal işguzar әlaqәlәr yarana, asılılq yox…
Öz payıma bir onu deyә bilәrәm ki, “Azәrsell”dәn asılı deyilәm. Bizi birlәşdirәn başqa cәhәtlәrdir: Әrdal ğәylә dostuq, yaxşı münasibәtlәrimiz var. Bax, o dostluğun möhkәmliyindәn asılıyam mәn, alayı şeydәn yox. Şoubiznesdәki normal munasibәtlәrә gәlincә, bununçun işin infrastrukturu olmalıdır. Bu haqda danışmaq isә hәlә tezdir.
|
|
 |
|