 |
|

|
|
Faiq Ağayev: “Mәn uydurma deyil, diplomlu laureatam”
|
|
Ayna
30 sentyabr 1995-ci il
Faiq Ağayevin rütbәlәr kolleksiyasında daha bir laureat adı öz yerini tutmuşdur. Onu bu ada estrada mahnıları ifaçılırının K.İ. Şuljenko adına 1 beynalxalq müsabiqәsindә layiq görmüşlәr. Müsabiqә K.İ. Şuljenkonun vәtәni Xarkovda keçirilmişdir. Müğәnninin özü bu vә ya bir çox başqa şeylәr barәdә aşağıdakıları danışmışdır.
Hamı qızarmalı olmuşdur, yoxsa bu F. Ağayevin gümanıdır?
Bu müsağiqә o birilәrindәn fәrqlәnirdimi?
Bәli. Әn başlıca, әn şirnikdirici vә әn sanballı fәrq budur ki, hәmin müsabiqәdә yalnız beynalxalq müsabiqәdә yalnız beynalxalq müsabiqәlәr laureatları iştirak edә bilәrdilәr. Hәm dә mәnә artıq çoxdandır “müsabiqәlәr müğәnnisi” damğası vurublar. Bu yarışma ruhunu çox seviram. Burda ucuz paxıllıq yoxdur, yalnız sağlam rәğabәt var.
Mahnıların musiqi dolğunluğu baxımından qızarmalı olmadınız ki?
Әksinә, başqaları qızarmalı oldu. Çünki Yaşar Bagişevin ANS-recorsda etdiyi aranjirovka Ukrayna aranjmanları assosiasiyası tәrәfindәn müsabiqәdә әn yaxşısı sayılmışdır. Mәnim müsabiqәdә oxuduğum ikinci “Naz etmә” mahnısı müsabiqә tәşkilat komitәsinin “milli әn’әnәlәrin qayğı ilә qorunub saxlanmasına görә” mükafatını aldı.
Sәfәrlәrә qayıdaq, Sizin solo konsertlәriniz dә olub?
Festival çәrçivәsindә yalnız mәn vә xarkovlu Knyaz Balev solo konserti verdik. O, Xarkov ulduzu, mәn isә afişalarda oxuduğum vә prinsip e’tibarilә çoxdan bu fikrә gәldiyim “Azәrbaycan estradasının ulduzu” kimi Ukraynanın әn yaxşı klublarından biri – “Meridian” da çıxış edirdik. Qeyd edim ki, Xarkovda Azәrbaycan diasporu çox gücludür vә mәn elә düşünürdüm ki, gәlib 5-10 hәmyerlim qarşısında çıxış etmәli olacağam vә onlar qәhvә içә-içә mәnә әl çalacaqlar. Mәn qarışıq hisslәr keçirirdim. Bir tәrәfdәn zal ağzınacan dolu idi – bu mәni sevindirirdi, digәr tәrәfdәnsә mә’yus idim – orada bir nәfәr dә olsun, azәrbaycanlı yox idi. Lakin konsert ә’la keçdi vә biz gecә saat 1-dәn 3-dәk işlәmәli olduq.
Müsabiqә dә bu cür üğürlamı keçdi?
Puşkatmada baxtim gәtirdi. Dunyanın 10 ölkәsindәn – MDB vә uzaq xaricdәn 13 ifaçı iştirak edirdi. Puşkatmaya 2 saat qalmış mәn ürәyimә tutmuşdum ki, 12-ci nömrәni çıaracağam. Mәnim üçün prinsipial mәsәlә nә 1-ci, nә dә axırıncı olmaq idi. Prinsip e’tibarilә elә bu cür dә oldu. Mәn axırıncıdan әvvәl işlәdim.
İki gecәyә üç hadisә, yaxud yanğınsöndürәnlәr can yandırırdılar
Yaltada başınıza gәlmiş hәdisә әn’әnәvi xarakter almayıbmı?
Nә deyim? Görünür, mәn macәralları özümә cәlb edirәm. Müsabiqә günü idi vә ikinci mahnını oxuduğum vaxt heç kәsi xәbәrdar etmәdәn sәhnәyә siqaretlә çıxdım vә mahnın ifa edәn zaman onu çәkdim. Yalnız sonra – pәrdә arxasında әynimi dәyişәn zaman orada yanğınsöndürәnlәrdәn ibarәt böyuk bir ordunun durduğunu gördüm. Demә, bundan әvvәlki iki ay әrzindә Xarkovda iki teatr yanmışdı. Bizim işlәdiyimiz Xarkov Akademik Opera vә Balet Tetrı 1500yerlik böyuk bir kompleksidir. Buna şәhәr içindә şәhәr dә demәk olar. Burada 3 yeraltı vә 7 yerüstü mәrtәbә, yeraltı qarajlar, valyuta, zәrgәr mağazaları şәbәkәsi, qәhvәxanalar, restoranlar da vardır. Sәhnә arxasına keçәn zaman mәnә bildirirlәr ki, indi dәmir pәrdәni salacaqlar. Onlar teatrın yanmağından qorxurdular. Qeyd etmәk istәrdim ki, zalda hәmvәtәnlәrim dә әylәşmişdilәr. Bunlar örd nәfәr qız idilәr. İkisi sәhnәnin bir tәrәfindә, ikisi isә o biri tәrәfindә әylәşmişdilәr. Onlar bizim Azerbaycan әllәrindә tutmuşdular vә 2-ci mәrtәbәdә düz münsiflәr hey’әtinin burnunun ucunda mәnim respublikamın bayrağı yellәnirdi. Mәn yüksәk әhval-ruhiyyәdә idim vә qamәtimi şax tutmuşdum. Elә hiss edirdim ki, orada Bakıda da özümünkünlәr mәnә görә narahatdıq keçirir, burda da özümünkülәr yanımdadır. İkinci gün qala konsert zamanı Yaltadakı hadisә necә vardısa, elәcә dә tәkrar olundu. Mәsәlә ondadır ki, mükfatların tәqdimolunma mәrasimindәn sonra әvvәlcә bu müsabiqәnin laureatı çıxış edirdilәr. Mәn birinci çıxış etdim. Bizsәhnәni gәzib öz mükafatlarımızı alargәn, tamaşaçılara tә’zim etdiyimiz, hansısa nitqlәr söylәdiyimiz, güllәri iylәdyimiz zaman kimsә mәnim mikrofonumun şnurunu bilmәdәn ayağı altına salmışdı. Yә’qin ki, qızlardan kimsә özünün hündür dabanı ilә bunu bilmәdәn etmişdi. Mәn sәhnәyә çıxıb birinci bәndi oxumağa başladım vә yalnız bundan sonra başa düşdüm ki, mikrofon işlәmir. Tәbii ki, özümü itirmәdim. Allaha şükür, bu sahәdә acı tәcrübәm var. Tez aşağı düşüb başqa mikrofonu götürdüm vә oxudum. Mәtbuat konfransında da hadisәlәr mәndәn yan ötmәdi. İş burasındadır ki, mәnә әvvәlcә birinci yeri verdilәr, qala konsertdә isә olduğumu e’lan etdilәr. Münsiflәr hey’әti bunu belә izah etdi ki, guya mәn K.İ. Şuljenkonun repertuarına aid olmayan mahnı oxumuşam. Bu isә mәcburi şәrt idi. Mәnә müraciәt edәn zaman mәn dә öz növbәmdә K.İ. Şuljenkonun müsabiqәdә olan oğlu Kemper Şuljenkodan anasının bu mahnını oxuyub oxumadığını soruşdum. O, hiddәtlәnәrәk birbaşa münsiflәr hey’әtinә müraciәt edәrәk dedi: “Sizin mövqeyiniz mәni hiddәtlәndirir, anam on il sәrasәr bu mahnını oxumuşdur”. Burada şәrhә ehtiyac yox idi.
Nә varımdırsa, bәsimdir
Bilirsәnmi, mәn kifayәt qәdәr qazanmışam. İmicimә görә, mәtbuat xidmәtinin “Cәnab lәzzәt dәryası” adlanan mükafatı da (mәn buna görә “Harmoniya” dәb salonuna minnәtdaram), tәşkilat komitәsinin “Milli әn’әnәlәri qoruyub saxladığına görә” mükafatını, “Әn yaxşı bәstәyә görә” mükafatım vardır. Ukraynanın qran-pri aldığı, birici yeri Ukrayna-Rusiya-Rumıniya, 2-ci yeri Rusiya-Özbekistan-Slovakiya, üçüncü yeri Ukrayna vә Azәrğaycanın tutduğu müsabiqә mәnim bәsimdir. Bu özlüyündә çox şeydәn xәbәr verir. Bir dә ki, iki aydan sonra kimin 2-ci vә kimin 3-cü olduğunu çox az adam xatırlayacaqdır. Bizim hamımızı K.İ. Şuljenko adına beynәlxalq müsabiqә laureatları adlandırmağa başlayacaqlar.
Burada tüstü çox guman ki, “hәsәd odundan çıxır vә ya Faiq evlәnir?!”
Sizin iki dәfә laureat olmağınız artıq söz-söhbәtlәr doğurmuşdur. Hec kәs Vitebsk mükafatına e’tiraz etmir, Yalta mükafatı isә bә’zilәrindә şübhә doğurur. Deyirlәr ki, Yaltada sizin qiymәtlәrinizә tә’sir göstәrmiş monitorun guya söndürülmәsi barәdә bütün bu danışıqlar olduqca “aşağı” göstәricilәri doğrultmaqdan başqa bir şey deyildir… Hәr şey mәn dediyim kimi olmuşdur. Bunu videomaterialdan da tam aydın görmәk olar. Mәn bilmirәm ki, daha nә kimi sübut lazımdar. Prinsip e’tibarilә özümü doğrultmağın bir mә’nasını görmürәm. Bunu günahkarlar edir. Lakin monitorların söndürülmәsindә mәnim heç bir günahım olmayıb.
Bәs “odyanmasa, tüstü çıxmaz” mәsәlinә nә deyirsiz?
Yә’qin ki, burada tüstü hәsәd odundan çıxır. Mәnim laureatlığıma gәldikdә isә mәni beynalxalq müsabiqәlәrin üç dәfә qalibi adlandırsalar, daha düzgün olardı.
Faiq, peşәnin göz qabağında olması sizi bir çox probdemlәrlә qarşılaşdırır. O cümlәdәn dә şayiәlәr yaranır. Lakin yә’qin ki, siz nәyisә tәkzib vә ya nәyisә tәsdiq etmәk istәrdiniz?
Hәr şeyi özümdәn uydurmağım vә ümumiyyәtlә, heç bir laureat adımın olmadığı barәdә şayiәlәr gәzir. Әn rüsvayçısı budur ki, onu bircә beynalxalq müsabiqәdә belә iştirak etmәmiş adam yayır. Sәhnәdә e’lanlarda isә bә’zәn sәslәnir: “Laureat …” Bir dә deyirlәr ki, mәn Oqtay Ağayevin oğluyam. Mәn bunu nә qәdәr tәkzib etsәm dә, hәmin şayiә inadla ayaq tutub yeriyir. Mәn böyuk mәmnuniyyәtlә özümü Oqtay Ağayevin yaradıcılığının davamçısı saya bilәrәm. Çünki çoxlarının dediyinә görә, mәn әslindә onun bir zaman Azәrbaycan estradısında tutduğu yeri tuturam.
Bәlkә ayağınıza hansısa başaşağılığı gәtirәn әlaqәlәr yazırlar? Mәsәlәn, ata olmağınız barәdә bir şey bilirsinizmi?
Bu söz-söhbәt әsassız deyil. Mәktәb skamyasından başlanmış bir mәhәbbәt. Doğrudur, uşaq çox-çox sonralar dünyaya gәlib. Anası ilә indi dostuq. Elә oldu ki, bir vaxt bizi ayırdılar vә ikimiz dә tәslim olduq … İndi mәnim 6 yaşlı oğlum var, bu il mәktәbә gedir.
Bu yaxınlarda televiziya sizin guya mәşhur müğәnni Flora Kәrimova, İlhamә, Aygün Kazımova ilә yaxınlığınız barәdә mә’lumatlar getmişdir. Onlara hәqiqәtәn bәslәdiyiniz hisslәrin adınıza çıxılanlarla bir uyğunluğu varmı?
Mәndә bu qadınlara qarşı böyuk bir mәhәbbәt var, hәm onların yaradıcılığı, hәm şәxsiyyәtlәrinә. Onlarda yanaşı duranda özümü qollu-budaqlı hiss etmәyim dә tamamilә tәbiidir. Flora xanım Kәrimovaya münasibәtdә şayiәlәrә gәldikdә isә bu yaxınlarda televiziyaya mәnim adıma mәnim adıma mәktub yollamışlar. Burada deyilir ki, “Faiq Ağayev özünü müğәnni Flora Kәrimova ilә nikah tellәri ilә bağlamaq istәyir”. Mәn bu şayiәnin haradan yarandığını bilmirәm. Yә’qin onu yaradıcılıq yaxınlığımız doğurub. Biz mәşhur “Bir daha” duetini oxumuşuq. Flora xanımın yaxın adamı sayılmaqdan ötrü hökmәn ona elәnmәyim vacib deyil.
Yә’qin ki, dostluğunuzu adamlar belә qiymәtlәndiriblәr ki, guya siz Alla Puqaçova vә Filip Kirkorov kimi hәrәkәt etmәk istәyirsiniz…
Mәn Alla Borisovnanı çox sevirәm vә onların nikahına tamamilә bir mә’nalı yanaşıram. Mәhәbbәt yalnız hörmәt doğura bilәr. Mәhәbbәt çox ağır vә әzabverici xәstәlikdir, lakin bu elә bir xәstәlikdir ki, adam ona dәfәlәrlә mübtәla olmaq istәyir.
Mәnim ürәyimdә heç kәs yoxdur, lakin bu o demәk deyil ki, qәlbimdә hәr kәsә yer var
Mәnim hәyatım üç sütün üzәrindә qәrar tutub. Sәhnә, yaradıcılığım; mәhәbbәt – mәnim mәhәbbәtim vә mәnә olan mәhәbbәt; bir da maddi rifah. Mәn hәyatımı bu tәrkib hissәlәrinin biri olmadan tәsәvvür etmirәm. Mәn azadlıqsevәr adamam. Özümü vә öz mәhәbbәtimi necә istәyirәm, elәcә da idarә edirәm.
Yә’qin ki, sizi elә buna görә kolleksiyaçı sәciyyәlәndirirlәr, Yә’ni kolleksiyanızda heç olmasa bir nәfәr dә sizin diqqәtinizә layiq nüsxә yohdur?
Yox, dağa doğrusu, onlar yaman çoxdurlar vә mәn bir fikrә gәlә bilmirәm. Hazırda qәlbimdә heç kәs yoxdur, lakin bu o demәk deyil ki, hәr kәs oraya girә bilәr. Mәnim qәlbimә hәr bir kәs yol tapmaq istәr, lakin onu oraya buraxıb-buraxmayacağım sual altındadır. Çox vaxt mәn qәlbimin astanasında söhbәtlәşmәklә kifayәtlәnirәm.
Mәn istәrdim … vә ya AzTV-nin yeni tapıntısә
Mәn ifaçılarımızın sıralarında hәmrә’ylik görmәk istәrdim. Bundan daha çox isә peşәkarlıq. Peşәkar estradanı bürümüş böyuk dolaşıq özfәaliyyәt dalğasını dinlәmәk, görmәk, hiss etmәk, burada iştirak etmәk istәmirәm. Çirkaba batıb sonra Günәşdә qurulanmaq vacib deyil. Hansısa imkanlara, incәnәsәt sahәsindә hәkimiyyәti olan adamların “kim çox pul veribsә, onu da göstәrәcәyik” prinsipi üzrә fәaliyyәt göstәrmәlәrini istәmәzdim. AzTV-nin musiqi redaksiyası üçün Mübariz Tağıyevin orada indi baş redaktor olması böyuk tapıntıdır. O, estrada problemlәrini bilavasitә bilәn adamdır. Bir dә ki, mәdaniyyәt naziri P. Bülbüloğlu, Elçin Xәlilov vә “İntergeotetis” BETK-ya, Әdalәt Әliyevә vә AZALa, Vahid Naxış vә ANS-ә minnәtdarlığımı bildirmәk istәrdim
|
 |
|