Sevgiyә ehtiyacım var
M
әhәbbәtdәn asılı insanam mәn, sevәndә dağı dağ üstә qoyaram
Solo konsertinizlә hәm dә 2000-ci ilin ilk böyük şou proqramını keçirdiniz. Konsert uğurlu keçdi – buna söz yox, amma ola da bilәrdi ki, millenium ab-havasından tәzәcә silknib çıxan camaatın nәinki pulu, heç hәvәsi dә olmayaydı ki, bir elә çal-çağırdan sonra solo konsertә tamaşa edә. Onda konsert 2000-ci ilin ilk “proval”ına çevrilә bilәrdi. Bu risq payını nәzәrә almamışdınız?
Yox! Heç ağlıma da gәtirmirdim. Çünki bilirdim ki, konsert yaxşı alınacaq – 100 faiz әmin idim buna. Nәyә görә?
Lap adi ştrixlәri deyim sizә. Mәn dә bu şәhәrdә, bu camaatın arasında yaşayıram axı. Tәsadufәn rast gәldiyim tanımadığım adamlar da konsertin vaxtını xәbәr alırdılar. Konserti dekabra planlamışdım. Amma başqa bir proyektә görә lәngitmәli oldum. Rinqә çıxmaq hәvәsini deyirsiniz? Doğurdan, o nә idi elә?
Hә, o rinq mәsәlәsi vaxtımı da, әsәblәrimi dә xeyli mәşğul etdi. Bilsәydim, әvәlcәdәn bu işә qol qoymazdım. Tәbiәtәn mәn bir balaca avantüristam – yaxşı mә’nada.
KİV nümayәndәlәrinin DİQQӘTİNӘ
Bu bölümdә nәşrlәrnizin tәrtibi üçün zәruri fotorәsmlәr yerlәşdirilib.
Bütün foto rәsmlәr iki formatda tәqdim olunub: Gray (HiRes:300 dpi) vә Color (HiRes: 300dpi). Әlavә mәlumat üçün bu ünvana müraciәt edә bilәrsiniz: prees@faiqagayev.com