 |
Sevgiyә ehtiyacım var
Avantürist
Y
ә’ni maraqlı proyektlәri, orijinal tәkliflәri göydә tuturam. Bu “Musiqi rinqi”ni dә mәnә tәklif edәndә çox fikirlәşmәdәn razılaşdım; hәr halda yeni forma idi; yarışma idi; azart idi; Niyә dә getmәyәydim? Öz gücümә da arxayın idim, pis çıxmasın, qәlәbәmә dә. Tәәssüf ki, tәşkilatçılar işin öhdәsindәn gәlmәdilәr. Sonradan bildim ki, demә, qızın iki adaxlısı var imiş. Yә’ni rinqin tәşkilatçıları iki nәfәr olub. Şәriklәrdәn biri mәnimlә danışıb; müqavilә da imzalammışdıq; hәr şey min dәfә ölçülüb-biçilmişdi. Sonra isә ikinci şәrik nәm-nüm elәmәyә başladı: şәrti dәyişmәk fikrinә düşdü.
Yәqin söhbәt prizdәn gedir?
Hә, әvvәlcә vә’d etmişdilәr ki, rinqdә kim qalib gәlsә, ona maşın hәdiyyә edәcәklәr. İkinci dәfә isә maşının әvәzinә elә gülmәli bir mәblәğ tәklif elәdilәr ki, heç müqayisәyә dә sığan deyil. Mәn isә belә şeyi qәbul edәn adam deyilәm. Yә’ni iş qiymәtdә deyil, diqqәtdә, danışıqdadır. Tәdbirә iki-üç gün qalmış şәrti dәyişmәzlәr axı. Tәmiz söhbәt deyil bu.
Amma belә dedilәr ki, guya Siz cığallıq etmisiniz ki, prizi әvvәlcәdәn sizә versinlәr …
Çox mәntiqsiz versiadır. Axı elә şey necә ola bilәr? Birdәn heç mәn qәlәbә çalmayaydım? Bәm o salona gәlәnlәr? Yeddi minlik publika fındıq-zaddı bәyәb? Elә ki gördülәr oyundan çıxıram, başladılar belә söz-söhbәt yaymağa; mәni isә tanıyır; bilirlәr ki, belә şeylәr xislәtimә yaddır.
Ara yerdә solo konserti lәngitdiniz…
Yenә dә rinqә görә. Fikirlәşdim ki, iki tәdbir eyni vaxtda keçsә, biri o birini “vuracaq”. Mәnim tamaşaçım onsuz da gәlәcәkdi solo konsertimә;
|
|
|
|